“MAN ES” şirkəti gəmi mühərriklərinin modernləşdirilməsi üzərində işə başlayıb
Almaniyanın “MAN Energy Solutions” (“MAN ES”) şirkəti mövcud orta sürətli gəmi mühərriklərinin modernləşdirilməsi üzərində işə başlayıb.
“Seanews.az”-ın məlumatına görə, işlər Almaniya İqtisadiyyat və İqlim Dəyişiklikləri Nazirliyinin (BMWK) maliyyə dəstəyi ilə üç illik “CliNeR-Eco” tədqiqat layihəsi çərçivəsində həyata keçirilir.
Layihədə “WTZ Roßlau GG” və “TU-Darmstadt” da daxil olmaqla tədqiqat birliyi də iştirak edir. “MAN” və tərəfdaşları 2023-cü ilin yanvarında işə başlayıblar.
Tədqiqat layihəsi müxtəlif orta sürətli dəniz mühərrikləri üçün konsepsiyaların hazırlanmasına yönəlmişdir. Əldə edilən həllər Beynəlxalq Dəniz Təşkilatının (IMO) və Aİ-nin emissiyalara dair gələcək sərt tələblərinə cavab vermək üçün məqbul iqtisadi və texniki xərclərlə donanmanı modernləşdirməyə imkan verəcək.
1758-ci ildə əsası qoyulan “MAN Energy Solutions” hazırda gəmilərdə və elektrik stansiyalarında istifadə edilən böyük dizel mühərrikləri üzrə liderdir. 2018-ci ilin iyun ayında şirkət əvvəlki “MAN Diesel and Turbo” adını indiki adına dəyişdi.