Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Türkiyənin ilk üzən külək elektrik stansiyası üçün işlər 2024-cü ildə başlayacaq

Türkiyənin ilk dəniz külək elektrik stansiyası üçün texniki işlərin 2024-cü ildə başlayacağı gözlənilir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Dəniz Külək Enerjisi Dərnəyi (DÜRED) İdarə Heyətinin sədri Dr. Murat Durak açıqlayıb.

“Bandırmada 1111, Bozcaadada 299, Geliboluda 75,6, Karabiga sahilində 410 kvadrat kilometr ərazi dəniz külək enerjisi üçün ayrılıb. Dənizdə texniki tədqiqatlar 2024-cü ildə başlaya bilər. Dəniz külək elektrik stansiyası layihələri üçün Bərpa Olunan Enerji Resurslarına Dəstək Mexanizmi (YEKDEM) baza qiyməti kilovat-saat üçün 6,75 sent/dollar olaraq müəyyən edilib”, - deyə o əlavə edib.

Dr. Murat Durak onu da bildirib ki, Türkiyədə 2035-ci ilə qədər dəniz külək enerjisinin 5 giqavata çatdırılması hədəflənir.

Qeyd edək ki, avqust ayında Türkiyənin Energetika və Təbiii Sərvətlər Nazirliyi Bandırma, Bozcaada, Gelibolu və Karabiga sahillərində bərpa olunan enerji sahəsinin (YEKA) ayrıldığını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır