Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Atlantic Orchard” gəmisi sərt yelkənlərlə təchiz ediləcək

Böyük Fransız tədarükçüsü və kənd təsərrüfatı məhsullarının emalçısı olan “Louis Dreyfus” şirkəti icarəyə götürülmüş gəmidə 26 metr hündürlüyündə küləklə işləyən sərt yelkən sistemini hazırlamaq və quraşdırmaq üçün ispan tərtibatçısı “Bound4blue”- yə sifariş edib.

“Seanews.az” xəbər verir ki, işi gələn il yerinə yetirmək nəzərdə tutulub.

Şirkətlər arasında imzalanan müqavilə çərçivəsində maye qida yük gəmisi “Atlantic Orchard” modernləşdiriləcək. Gəmi köməkçi mühərrik kimi dörd “sorucu” yelkənlə təchiz olunacaq ki, bu da marşrutdan asılı olaraq illik yanacaq sərfiyyatını və CO2 emissiyasını ən azı 10% azaltmağa imkan verəcək.

“Bound4blue” şirkəti artıq 2021-ci ildə sərt yelkənli iki kiçik İspaniya gəmisini təchiz edib. 2022-ci ilin mart ayında o, həmçinin niderlandlı gəmi sahibi Amasus Shipping ilə “Eems Traveler” quru yük gəmisində 17 metrlik iki sərt yelkənin quraşdırılması üçün müqavilə imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır