Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Asiyanın iki konteyner daşıyıcısı Avropaya yükləri çatdırmaq üçün metanolla işləyən gəmilərdən istifadə edəcək

Tayvanın “Evergreen Marine Corporation” xətti gəmiçilik şirkəti Sinqapurun “X-Press Feeders” şirkəti ilə konteynerlərin yeni iki yanacaqlı gəmilərlə nəqli üçün niyyət məktubu imzalayıb.

“Seanews.az” “X-Press Feeders”-in mətbuat xidmətinin məlumatlarına istinadən xəbər verir ki, yüklərin Avropaya çatdırılmasında yaşıl metanolla işləyən konteyner gəmilərindən istifadə olunacaq.

İki şirkət Avropada yaşıl metanolla işləyən ilk fider şəbəkənin işə salınması üzərində işləyəcək.

Birinci mərhələdə iki yanacaqla işləyən gəmilər Rotterdam limanında cəmləşərək Baltik dənizi və Skandinaviya limanlarına xidmət göstərəcək. 2024-cü ilin ikinci rübündən 2026-cı ilin ortalarına qədər “X-Press Feeders”-ə təhvil veriləcək sifariş üzrə 14 iki yanacaqlı gəmi Avropa və Aralıq dənizi marşrutlarında istismar ediləcək.

Sinqapur operatoru artıq Niderlandın yanacaq təchizatçısı “OCI Global” ilə yaşıl metanolun zəmanətli tədarükü (“ISCC-AB” davamlıq və karbon emissiyası sertifikatı ilə) üçün müqavilə imzalayıb. Biometanol kimi də tanınan yanacaq, üzvi maddələrin parçalanması nəticəsində əldə edilən bərpa olunan enerji mənbəyidir.

Yaşıl metanolla işləyən iki yanacaqlı gəmilər sifariş etmək qərarı “X-Press Feeders”-in 2035-ci ilə qədər donanmasının istixana qazı emissiyalarını 20%, 2040-cı ilə qədər 50% və 2050-ci ilə qədər sıfra endirmək öhdəliyinin bir hissəsidir.

Yarandığı gündən “X-Press Feeders” (qərargahı Sinqapurda yerləşir) yalnız Cənub-Şərqi Asiyada dəniz daşımalarını təmin edib. 100-dən çox gəmisi olan (tutum 500-dən 7 min TEU-a qədər) donanması ilə hazırda fəaliyyətini genişləndirib və gəmiləri Asiya, Yaxın Şərq, Afrika, Karib dənizi, Latın Amerikası, Aralıq dənizi və Avropa sularında üzür.

Tayvanın nəqliyyat, gəmiçilik və xidmət şirkətləri qrupu “Evergreen Marine Group” 1975-ci ildə “Evergreen Marine Corporation” (“EMC”) gəmiçilik şirkətinin biznesinin diversifikasiyası nəticəsində yaradılmışdır. Qrup dünyanın beşinci ən böyük dəniz konteyner daşıyıcısıdır. “EMC”-nin donanmasına 160 konteyner gəmisi daxildir. Şirkətin dəniz nəqliyyatı şəbəkəsi 80 ölkəni əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır