“HAV Design” bərə xidməti üçün innovativ avtonom gəmilər layihələndirəcək
Norveçin “HAV Design” şirkəti (“HAV Group”-a daxildir) ölkənin şimal-qərb sahilindəki Lavik-Oppedal bərə keçidinə xidmət göstərəcək dörd avtonom, sıfır emissiyalı bərə layihəsi üçün müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, Norveçin nəqliyyat şirkəti və donanma operatoru “Fjord1” 2023-cü ilin oktyabrında dörd bərə üçün texnologiya tərəfdaşı və əsas təchizatçı kimi “HAV Group”-un seçildiyini bildirib. Bərələrin tikintisi üçün sifarişin Türkiyənin gəmiqayırma zavodlarından birinə verilməsi gözənilir.
Bərələrin ilk səfərləri 2026-cı il sentyabrına planlaşdırır. Onların istismarı zamanı yüksək avtomatlaşdırma dərəcəsinə malik avtonom naviqasiya sistemindən istifadə olunacaq.
İnnovativ gəmilərin işləyəcəyi 5,6 km-lik Lavik-Oppedal bərə marşrutunda səfər müddəti 20 dəqiqədən çox çəkməyəcək.
“HAV Group ASA”-nın mühəndislik-konstruktor bölməsi “HAV Design AS” Fosnavogda (Norveç) yerləşir. Norveçin “HAV Grup”u dəniz sənayesi üçün texnologiya və xidmətlərin beynəlxalq təchizatçısıdır.