Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Koverhar limanında dəniz külək stansiyaları qurulacaq

“Euroports Group” və Finlandiyanın Hanko limanının idarəedici şirkəti (“Port of Hanko”) Koverhar limanında külək enerjisi mərkəzi yaratmaq niyyəti haqqında saziş imzalayıblar.

“Seanews.az” “Euroports”-ın məlumatına istinadən xəbər verir ki, layihə Finlandiyanın cənub hissəsində yerləşən Hanko limanını dəniz külək enerjisi təchizatı zəncirinin əsas halqasına çevirəcək.

600 hektar ərazisi olan Koverhar limanının ayıracağı 90 hektar sahə irimiqyaslı dəniz külək stansiyaları layihələrini həyata keçirmək üçün əlverişli yerdədir.

Layihənin təşəbbüskarları təkcə logistika problemlərini həll etmək deyil, həm də böyük bir ərazidə “yaşıl” ekosistem yaratmaq niyyətindədirlər. Logistika və terminal yüklərin aşırılması xidmətlərinin təminatçısı kimi “Euroports”-in törəmə şirkəti “Manuport Logistics” vasitəsilə yüklərin ekspeditorluğu da daxil olmaqla bütün dəyər zəncirini idarə etmək təcrübəsinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır