Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-11,
Seanews
Heyder Eliyev

“HD Hyundai Mipo Dockyard” şirkəti iki yanacaqlı qaz daşıyıcısının ilkin layihəsini hazırlayıb

Cənubi Koreyanın “HD Hyundai Mipo Dockyard” gəmiqayırma şirkəti (“HMD”, “HD KSOE”-yə daxildir) iki yanacaqla işləyən elektrik güc qurğuları ilə qaz tankerinin ilkin layihəsi üzərində işləri başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, qaz daşıyıcısının mühərrikləri ammonyak və ya dizel yanacağı ilə işləyə biləcək.

Texniki layihə üçün prinsipial təsdiq sertifikatı “DNV” təsnifat cəmiyyəti tərəfindən martın sonunda verilib.

Layihəyə əsasən, tanker 45 min kubmetr yük -  mayeləşdirilmiş neft qazı, ammonyak və sair daşıya biləcək. Bu iki yanacaqla işləyən gəminin uzunluğu 190 metr, eni 30,4 metr, hündürlüyü 18,8 metr olacaq. Tanker iş şəraitindən asılı olaraq ammonyak və ya dizel yanacağından istifadə edəcək iki yanacaqlı mühərriklə (10 min at gücündə) təchiz ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır