“CMA CGM” elektriklə işləyəcək konteyner gəmisi sifariş edib
“CMA CGM” şirkəti çay gəmilərinin tikintisi üzrə ixtisaslaşan “Shandong Xinneng Shipbuilding” gəmiqayırma zavoduna tam elektriklə işləyən konteyner gəmisi sifariş edib.
Seanews.az” “Splash24/7”-ə istinadən xəbər verir ki, bu, xəttin donanmasında ilk belə gəmi olacaq. 80 metr uzunluğunda konteyner gəmisinin tutumu 182 TEU-dur. Müqavilənin qiyməti açıqlanmır.
Gəminin 2026-cı ildə Vyetnamın Bin Duonq əyaləti ilə Cai Mep limanındakı “CMA CGM”-ə məxsus Gemalink dərin su terminalı arasında 180 kilometrlik dairəvi marşrutda yerləşdiriləcəyi gözlənilir. O vaxtdan Gemalink terminalında günəş elektrik stansiyası da istifadəyə veriləcək.
Elektriklə işləyən konteyner gəmisi ilə illik daşıma həcminin 50 min TEU-dan çox olacağı gözlənilir. Layihə öz yükünü bu gəmi ilə göndərməyi planlaşdıran “Nike” şirkəti tərəfindən dəstəklənir.