Dünyanın ən böyük üzən külək stansiyası quraşdırılır - VİDEO
“Equinor” şirkəti 94,6 MVt gücündə dünyanın ən böyük üzən “Hywind Tampen” külək stansiyasının quraşdırılmasının videosunu yayıb.
“Seanews.az” xəbər verir ki, layihə Şimal dənizinin Norveç hissəsindəki “Snorre” və “Qullfaks” neft yataqlarını enerji ilə təmin etmək üçün nəzərdə tutulub. Bu, dənizdəki neft və qaz platformaları üçün dünyada ilk külək stansiyası olacaq və hər yataqdan CO2 emissiyalarını ildə 100 min ton azaldacaq.
“Hywind Tampen” hər birinin gücü 8,6 MVt olan 11 külək turbinindən ibarətdir. Onlar Norveçdə Güləndəki “Wergeland “bazasında yığılacaq. Bütün ağır işlər quruda ən böyük qaldırıcı olan “Mammoet” kranı vasitəsi ilə yerinə yetirir. Qüllə hissələri, mühərrikləri və qanadları “Siemensgamesa” şirkəti çatdırır, beton konstruksiyaları isə “AkerSolutions” şirkəti inşa edir.