Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

Hidrogen və ammonyak istehsalı və saxlanması üçün dünyada ilk üzən qurğu

Norveçin “H2Carrier” şirkəti, yaşıl hidrogen və ammonyak istehsalı və saxlama üzən qurğusu (P2XFloater™) üçün DNV təsnifat cəmiyyətindən prinsipcə təsdiq almışdır.

“Seanews.az”-ın məlumatına görə, layihə Norveçin aparıcı konstruktor büroları və layihə təşkilatları ilə sıx əməkdaşlıq əsasında hazırlanıb.

Qurğu iri qaz daşıyıcısının (VLGC) gövdəsini uzatmaq ideyası əsasında yaradılır. Hidrogenin təmizlənməsi və elektrolizatorlardan keçirilməsi yolu ilə dəniz suyundan alınması təklif edilir. Bu şəkildə əldə edilən "yaşıl" hidrogen ammonyak istehsal etmək üçün havadan çıxarılan azotla sintez ediləcək. Bütün mərhələlərdə külək, günəş və ya sudan - bərpa olunan enerjidən istifadə edəcək. Hazır məhsulun daşınması bortdan-borta həyata keçiriləcək.

Qurğu ildə 230 min tona qədər ammonyak istehsal edə biləcək.

“H2Carrier”şirkəti bunun dünyanın ilk kommersiya miqyaslı üzən yaşıl hidrogen və ammonyak layihəsi olduğunu iddia edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır