Çin aviadaşıyıcılarda istifadə olunan təyyarələrin sayını artıracaq
Çin Hərbi Dəniz Qüvvələri donanmanın aviadaşıyıcılarında istifadə olunacaq təyyarələrin sayını artırmağı hədəfləyir.
Artıq aviadaşıyıcı gəmilərdən enib-qalxa bilən döyüş təyyarələri, helikopter və erkən xəbərdarlıq təyyarələrindən ibarət hava qüvvələrinin yaradılması işlərinə start verilib.
Çin rəsmilərinin dediyinə görə, elektromaqnit katapultları sayəsində erkən xəbərdarlıq təyyarələri kimi ağır təyyarələrin yeni nəsil aviadaşıyıclara enib-qalxa bilməsi aviadaşıyıcının hücum və müdafiə imkanlarını artıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır