Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Üzən mayaklar təkcə yol göstərməyib...

1732-ci ildə iki britaniyalı – Devid Everi və Robert Qemblin qazanc məqsədilə maraqlı bir üsul fikirləşdilər. Onlar Temza çayında təhlükəsiz hərəkətin təmini üçün dənizçilərə üzən mayakın xidmətindən istifadə etməyi məsləhət bildilər. Bu üsuldan daha sonralar Britaniya və digər ölkələrdə dənizçiliklə yanaşı, dəniz teatrları üçün naviqasiyada istifadə edilməyə başlandı.

Üzən mayak xarakterik üst tikilisi olan və xüsusi rənglə boyanmış qurğudur. Belə mayaklar koordinatları dənizçilərə əvvəlcədən məlum olan yerlərdə lövbərdə dayanır. Üzən mayaklardan açıq dənizdə təhlükəli sayların, sualtı qayaların çəpərləmənməsi üçün və farvaterlərdə (naviqasiya baxımından təbii təhlükəsiz dəniz keçidi) losman stansiyaları və naviqasiya nişanları kimi istifadə edilir.

Belə mayakların işıq, səs və radio siqnalları olur. Siqnallar mayakların yerini göstərir.  İşıqlı vaxtlarda üzən mayakın dor ağacında şarlar olur. Lövbərdən çıxmış üzən mayak, mayak bayrağını endirmir və iki böyük qara

kürə (biri gəminin burun, digəri isə korma hisəsində) qaldırır, gecə – həmin yerlərdə iki qırmızı işıq yandırır.

Üzən mayakın daimi yeri onun lövbərinin suyun dibində olan hissəsi hesab edilir. Bu zaman lövbərin koordinatlarında xəta 50 metrdən, mayakın suyun üzərində dövretmə radiusu lövbərin yerləşdiyi dərinlikdən 4 dəfədən çox olmamalıdır.

İdarə olunan, avtomatik, özüyeriyən və özüyeriməyən üzən mayaklar var. Belə mayakların dalğaya davamlı konstruksiyası, etibarlı lövbərlənməsi olmalıdır. Özüyeriməyən üzən mayaklar quraşdırıldığı yerə yedək vasitəsilə çatdırılır.

Bir vaxtlar Abşeron yarımadasının cənub-şərqində, Şah dili yaxınlığında da üzən mayak mövcud olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır