Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-12,
Seanews
Heyder Eliyev

"RINA" LNG ilə işləyən və hidrogenə hazır tanker layihəsini təsdiqləyib

Beynəlxalq sertifikatlaşdırma və gəmi təsnifat şirkəti RINA Koreya Dəniz Mühəndisləri Konsaltinq Şirkətinin (KOMAC) hazırladığı 40 000 kubmetr tutumlu LNG ilə işləyən və hidrogen istifadəsinə hazır maye karbon dioksid (LCO₂) tanker layihəsinə ilkin təsdiq (AiP) verib.

"Seanews.az" xəbər verir ki, "KOMAC"-ın layihəsi IMO-nun 2050-ci il dekarbonizasiya hədəflərinə uyğun mühüm addım kimi qiymətləndirilir.

"RINA"-nın Şimali Asiya üzrə vitse-prezidenti Simone Manka bildirib ki, bu təsdiq iki şirkətin sıx əməkdaşlığını göstərir və aşağı karbonlu əməliyyatlara keçidi sürətləndirəcək.

1969-cu ildən fəaliyyət göstərən "KOMAC" indiyədək 1700-dən çox gəmi layihəsi hazırlayıb, 1400-dən artıq gəminin inşasına nəzarət edib. 70 ölkədə fəaliyyət göstərən "RINA" isə dənizçilik və enerji sahəsində aparıcı beynəlxalq təsnifat şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır