Premyer Liqa: "Səbail" "Kəpəz"ə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Kəpəz" "ASCO Arena"da "Səbail"in qonağı olub.
Görüşdə 1:0 hesabı ilə "dənizçilər" qələbə qazanıb. Yeganə qolu 77-ci dəqiqədə Franko Mazurek vurub.
Bu qalibiyyətdən sonra xallarını 13-ə çatdıran "dənizçilər" sonuncu pillədən xilas olaraq 9-cu yerə yüksəlib. Əvəzində isə eyni xala malik "sarı-göylər" 10-cu yerə düşüblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır