Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Baltik siyənəyi ovuna kvotaların yarıya endirilməsi təklif olunur

Dənizlərin Tədqiqatı üzrə Beynəlxalq Şura (ICES) Baltikyanı siyənək balığının azaldılması ilə bağlı elmi tövsiyələrini dərc edib.

ICES qeyd edir ki, Baltik dənizinin cənub hövzəsində, eləcə də Botniya körfəzində siyənək ehtiyatları çox aşağı səviyyədədir və hətta balıq ovlanmasa belə, ehtiyatların 2025-ci ilədək bərpa olunma ehtimalı yoxdur.

ICES 2023-cü ilə nisbətən siyənək kvotalarını təxminən 50% azaltmağı, həmçinin Baltik dənizinin şərqində ümumiyyətlə balıq tutmamağı tövsiyə edir.

Həyəcan siqnallı ilk dəfə 6 il əvvəl İsveçin şərq sahillərində sahilboyu siyənək balıqçılığı ilə bağlı problemlər yarananda çalınıb. Onda bəzi sahil balıqçıları bir balıq belə tuta bilmədikləri haqqında məlumat verdilər. Açıq dənizdə balıq tutan iri gəmilər isə siyənək ovu işinin normal getdiyini iddia etdilər. Lakin təcrübə göstərir ki, əvvəlcə balıqlar sahil boyu yox olur, bir neçə ildən sonra isə açıq dənizdə ovlananlar azalmağa başlayır.

"Bu, fəlakətdir və biz hesab edirik ki, 2023-cü ildə təcili tədbirlər görülməlidir. Şura gələn il üçün balıq ovu kvotalarını müəyyənləşdirmək məqsədilə oktyabrda toplanacaq, lakin bugünkü rəqəmləri nəzərə alaraq, indi tez hərəkət etməmək məsuliyyətsizlikdir,”-deyə “Təmiz Baltik" beynəlxalq koalisiyasının (CCB) balıq siyasəti üzrə eksperti Nils Heqlund bildirib.

Rus balıqçılar hər il təxminən 23 000 – 25 000 ton Baltik siyənəyi (siyənək balığı) tuturlar. Balıq ovu Baltik dənizinin 26-cı və 32-ci ICES sualtı ərazilərinin Rusiya zonasında (Kuron və Kalininqrad körfəzlərində) həyata keçirilir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır