Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

“Xəzərim” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) elan etdiyi “Xəzərim” fotomüsabiqəsi başa çatıb. Müsabiqədə qalib olmuş foto müəllifləri mükafatlandırılıb.

“Suraxanı” gəmi-muzeyində təşkil olunan mükafatlandırma tədbirində qeyd edilib ki, müsabiqənin əsas məqsədi peşəkar və həvəskar fotoqrafların baxışlarında geniş auditoriyanı Xəzər dənizçilərinin spesifik əməyi ilə yaxından tanış etmək, habelə Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək, onun qiymətli ekosistem kimi qorunmasının vacibliyini önə çəkməkdir.

Yarışma ilə bağlı bütün təşkilati məsələləri, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarəti ASCO nümayəndəsinin iştirakı ilə Gilavar Foto Klubu həyata keçirib. Fotoqrafların işlərini Azərbaycan, İtaliya, Misir və Hindistandan olan 7 nəfərdən ibarət peşəkar münsif heyəti qiymətləndirib. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsiplərinə uyğun təşkil olunub.

Müsabiqəyə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarından ümumilikdə 83  fotoqraf  154 foto təqdim edib. Şərtlərə əsasən, ən çox bal toplamış 3 müəllif qalib seçilib. Vüqar İbadov 1-ci, Elvin Abdulla 2-ci, Roman İsmayılov 3-yerə layiq görülüb. 

Qaliblərə mükafat, eləcə də ASCO və Gilavar Foto Klubu tərəfindən sertifikat təqdim olunub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Xəzərim” fotomüsabiqəsi çərçivəsində “Suraxanı” gəmi-muzeyində sərgi təşkil olunub. Bundan başda, müsabiqəyə təqdim olunmuş fotolar əsasında katoloqun hazırlanması nəzərdə tutulub.

Onu da əlavə edək ki, müsabiqəyə təqdim olunmuş  fotolar 19-20 avqust tarixlərində “Suraxanı” gəmi-muzeyində sərgilənəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır