Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Türkiyənin ən böyük özəl konteyner limanı eyni vaxtda iki meqakonteyner gəmisini qəbul edə biləcək

Türkiyənin ən böyük özəl konteyner limanı olan və Ambarlı liman kompleksində yerləşən “Marport” yanalma körpülərinin genişləndirilməsi layihəsinə 200 milyon dollar sərmayə qoyub. Bu layihənin həyata keçirilməsi gələcəkdə limana eyni vaxtda iki meqakonteyner gəmisini qəbul edib yük əməliyyatını həyata keçirməyə imkan verəcək.

“Seanews.az” xəbər verir ki, bu barədə “Arkas Holdig”-in mətbuat xidməti məlumat yayıb.

Layihə çərçivəsində 60 milyon ABŞ dolları dəyərində hər biri 25 sıraya qədər konteyner aşıra bilən dörd “STS” körpü kranı alınıb. Yeni avadanlıqlar nəzərə alınmaqla, hazırda limanda 14 “STS” kranı var.  Müasir avadanlıqlar limanın səmərəliliyini xeyli artıracaq.

Modernləşdirmə layihəsi çərçivəsində “Marport” 2022-ci ildə mövcud yanalma körpüsünün uzunluğunu 480 metrə çatdırıb. Hazırda dibdərinləşdirmə işləri ilə eyni vaxtda meqakonteyner gəmilərinin qəbulu üçün 6 saylı yanalma körpüsünün tikintisi davam etdirilir. 2024-cü ildə layihə tamamlandıqdan sonra liman eyni anda birdən çox meqakonteyner gəmisini qəbul edə biləcək.

Qeyd edək ki, “Marport” 2001-ci ildə “Arkas Holdinq” və “TIL” (“Terminal Investment Limited”) arasında tərəfdaşlıq əsasında yaradılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır