Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Bakı Yelkən Reqatası 2024”ün  qalibləri mükafatlandırılıb 

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Yelkən Reqatası 2024” başa çatıb. 

Bu il yarışlar "Optimist", "ILCA 4" və "ILCA 6" sinifləri üzrə SFA Yelkən Mərkəzində 10-12 may tarixində baş tutub.

12 may tarixində final yarışları keçirildikdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunub.

"ILCA 6" sinifi üzrə birinci yerin qalibi Murad Hacı-zadə olub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Nikoloz Tatarishvili və Anton Vilayev qərarlaşıb.

"ILCA 4" sinifi üzrə birinci yerə Fidan Ağazadə, ikinci yerə Kristina Kərimova, üçüncü yerə Alex Kituashvili (Gürcüstan) çıxıb.

"Optimist Junior" sinifi üzrə birinciliyi Nurlan Ağazadə əldə edib.  Səma Mansurzadə və Giorgi Grigolia (Gürcüstan) sonrakı yerləri bölüşüblər.

Nərgiz Məmmədova "Optimist qızlar" sinifi üzrə birinci yeri tutub. Bu mübarizədə ikinci yerə Emel Məmmədli, üçüncü yerə Nəzrin Məmmədova sahiblənib.

"Optimist ümumi" sinifi üzrə də birinciliyi Nərgiz Məmmədova əldə edib. Furkan Mustafayev və Emel Məmmədli isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır