

Apreldə yalnız “CMA CGM” və “Evergreen” gəmiçilik şirkətləri cədvələ uyğunluq göstəricilərini yaxşılaşdıra biliblər
2024-cü ilin aprelində 13 ən böyük konteyner daşıyıcısı arasında cədvələ uyğunluq baxımından ən etibarlısı “Wan Hai” gəmiçilik şirkəti olub. Onun göstəricisi 59,0% təşkil edib.
“Seanews.az” xəbər verir ki, bu məlumat “Sea-Intelligence”-nin analitik hesabatında yer alıb.
Hesabat kifayət qədər əhatəlidir və 34 müxtəlif daşıma marşrutu və 60-dan çox daşıyıcı üzrə cədvəlin etibarlılığını əhatə edir.
İkinci yerdə 53,2% etibarlıqla “Evergreen” gəmiçilik şirkəti gəlir.
Daha dörd daşıyıcının cədvələ uyğunluq göstəriciləri 50%-dən yuxarı olub.
2024-cü ilin aprel ayında yalnız “CMA CGM” və “Evergreen” gəmiçilik şirkətləri cədvələ uyğunluğunu 1,3 faiz yaxşılaşdıra biliblər.
Etibarlıq indeksində ən böyük azalma “ZIM” gəmiçilik şirkətində qeydə alınıb:11,9 faiz.