Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Ralli iştirakçıları “Azərbaycan” gəmi-bərəsi ilə Kurık limanından Bakıya yola düşüblər

“Pekindən Parisə” beynəlxalq avtomobil rallisinin iştirakçıları ASCO-nun RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakıya yola düşüblər.

Gəminin göyərtəsinə 92 ədəd unikal avtomobil qəbul olunub. Bu avtomobillərin orta yaşı 88-dir, ən köhnəsinin isə 110 yaşı var.

İştirakçıların küləklər şəhərinə sabah çatması gözlənilir. Onlar buradan Gürcüstana gedəcəklər. 

Qeyd edək ki, ilk dəfə 1907-ci ildə təşkil olunmuş ralli ümumilikdə 14000 km məsafəni əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır