“SHI”-nin böyük dəniz ammonyak daşıyıcısının yük çənləri layihəsi bəyənilib
Təsnifat və sertifikatlaşdırma cəmiyyəti “ABS” (Texas, ABŞ) Cənubi Koreyanın “Samsung Heavy Industries” (“SHI”) gəmiqayırma şirkətinə VLAC ammonyak tankerinin orta yük bölməsinə və yük çəni layihəsinə prinsipcə təsdiq sertifikatı verib.
“Seanews.az” xəbər verir ki, “ABS”-in mühəndisləri 96 min tonluq gəminin konstruksiyanın möhkəmliyinin sinif tələblərinə uyğunluğunu ətraflı təhlil ediblər.
Amerika Gəmiçilik Bürosu (“ABS”) beynəlxalq sertifikatlaşdırma və təsnifat cəmiyyəti 1862-ci ildə yaradılıb. Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) 13 üzvündən biri olan “ABS”-nin dünyanın 70 ölkəsində 200-dən çox nümayəndəliyi var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır