Moldovanın Azərbaycandakı səfiri "Suraxanı" gəmi-muzeyini ziyarət edib
Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ASCO-nun "Suraxanı" gəmi-muzeyində olub.
Muzeylə yaxından tanış olan səfirə burada həyata keçirilən müxtəlif layihələr barədə məlumat verilib.
Aleksandr Esaulenko "Suraxanı" gəmi-muzeyinə moldovalı rəssam Mixayella Motruçun çəkdiyi rəsm əsərini hədiyyə edib.
Muzeyin xatirə kitabına xoş təəssüratlarını yazan səfirə "Suraxanı" gəmi-muzeyinin nəşri olan "Bələdçi kitabı" təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır