Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

niz Akademiyasında “Açıq qapı günü” keçir

Sentyabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı günü” – yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. Görüşdə Gəmiçiliyin rəhbər işçiləri, Akademiyanın müəllim heyəti iştirak ediblər. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, 2017-2018-ci tədris ilində Dəniz Akademiyasına qəbul olan tələbələr sırasında yüksək bal toplayanların sayı daha da artıb. Həmin tələbələrdən 3-ü 600, 7-si isə 500 baldan yüksək nəticə əldə edib. 6 tələbə isə Akademiyanı fərqlənmə diplomu ilə başa vurub. Təhsil müəssisəsinin 23 tələbəsinə işlə təmin olunmaları barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) zəmanət məktubu verilib. Sosial məsələlərə gəldikdə isə Ç.Əliyev qeyd edib ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə 2 dəfə isti yeməklə pulsuz təmin olunurlar. Bundan əlavə Akademiyanın öz hesabına rus və ingilis dillərində kurslar da təşkil olunur ki, tələbə və müəllim heyəti bundan yararlanır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Cəbrayıl Mahmudlu bildirib ki, hər il Dəniz Akademiyasında yeni imkanlar yaradılır və AXDG-nin rəhbərliyi bu işdə təhsil ocağına daim dəstək olur. Gəmiçiliyin nəzarəti ilə burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir. Sədr müavini tələbələri dərslərində müvəffəqiyyətli olmağa və nizam-intizam qaydalarına daha dəqiq əməl etməyə çağırıb.  “AXDG” QSC-nin  sədr müavini Nəzrəddin Əhmədzadə bildirib ki, Dəniz Akademiyasına yüksək balla qəbul olan tələbələrin sayının artması təhsilə verilən yüksək qiymət və diqqətin göstəricisidir. Burada gəmiçilik sahəsinin əhəmiyyəti öyrədilir, tələbələrin təcrübəyə göndərilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə, idman oyunlarına cəlbi üçün hər cür şərait yaradılır. Dövlət, dövlətçilik və vətənpərvərlik prinsipləri tələbələrə aşılanır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin məsləhətçisi, uzaq səfərlər kapitanı Muxtar Axundov isə Dəniz Akademiyasının tarixindən bəhs edib, gənclərə dərslərində uğurlar arzulayıb. Sonra AXDG-nin Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev Akademiyanın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək ADDA-nın tarixi, AXDG-nin strukturu, Gəmiçiliyin hədəf və məqsədləri, AXDG-nin gənclər siyasəti, Akademiyanın nəticələri və Gəmiçiliyin balansında olan gəmilər barədə məlumat verib. Sonda gənclərin və valideynlərin sualları səsləndirilib, arzu və istəkləri dinlənilib. 6 məzuna fərqlənmə diplomu verilib, ADDA-ya yüksək balla daxil olan 10 gəncə tələbə bileti və hədiyyələr təqdim olunub. Rəsmi hissə bitdikdən sonra görüş iştirakçıları Dəniz Akademiyasının yeməkxanası, auditoriyaları və laboratoriyaları ilə tanış olublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır