Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

iz tətili üçün 10 sə

Artıq yay fəslidir. Çoxlarınız tətilə hazırlaşırsınız. Amma harada, necə səyahət edəcəyinizi bilmirsiniz. Biz səyahətin sərfəli və maraqlı yolunu sizə təqdim edirik. Söhbət gəmi səfərindən gedir.  Hamısı bir arada Təsəvvür edin, eyni anda həm beş ulduzlu hoteldə dənizdə üzürsünüz, həm də kənara çıxmadan, vaxt itirmədən elə gəmidə doyunca istirahət edirsiniz.          2. Tək səfər, çox ölkə  Siz şirin yuxuda olarkən gəminiz başqa bir limana yan alır. Nə gözəl! Sizə qalan tək şey isə möhtəşəm səhər yeməyindən sonra gəmidən düşərək şəhərin keyfini çıxartmaqdır. Sizcə, ölkələri gəmiylə gəzmək, avtomobil, ya da hava yolu ilə gəzməkdən daha maraqlı deyilmi? Yorğunluq yox Səyahət boyunca yol yorğunu olmayacaqsınız. Gəmidə o qədər əyləncəli vaxt keçirəcəksiniz ki, bu, heç yadınıza düşməyəcək. Yolda vaxtınız boş yerə keçməyəcək, həmin müddətdə də tətildə olacaqsınız.   Səyahət çamadanı Hər gün fərqli bir şəhərdə, ya da limanda oyanmağınıza baxmayaraq səyahət sonuna qədər çamadan daşımaq kimi bir probleminiz olmayacaq. Çamadanlarınızı bir dəfə açacaq, bir dəfə yerləşdirəcək və son tətil gününüzə qədər yığışdırmayacaqsınız.   Bol əyləncə, bol aktivlik Gəmidə hər kəsə və hər yaş qrupuna yönəlik əyləncəli məkanlar var. Uşaqlarınız oyun meydançalarında istirahət edərkən, siz hovuz keyfi çıxara biləcəksiniz. Gəmidə teatra getmək, günəş altında bənzərsiz mənzərədə ruhunuzu dinləndirmək kimi imkanlarınız da olacaq. Keyfiyyətli xidmət Kruiz səyahətində keyfiyyətli yeməyin, içkinin və xidmətin zövqünü yaşayacaqsınız. O qədər bəyənəcəksiniz ki, gəmidən düşdükdə təəssüflənəcəksiniz. Sərhədsiz seçim Restoranlarda zəngin seçimlər, ekzotik yeməklər, balkonda istirahət, cütlüklər üçün romantika dolu anlar, ailələr və uşaqlar üçün ləzzətli zaman keçirmək imkanı və s… Sərfəli alış-veriş Gəmilərdə olan “duty-free” mağazalarından ürəyinizcə alış-veriş etməyə nə deyirsiniz?  Yeni kəşflər Səyahət ərzində ailənizlə birlikdə təkcə təbiəti deyil, fərqli mədəniyyətləri, fərqli dadları, fərqli həyatı da kəşf edə biləcəksiniz.   Erkən rezervasiya Möhtəşəm bir gəmi turuna çıxmaq düşündüyünüzdən də asandır. Bunun üçün erkən rezervasiyalardan faydalanın. Üstəlik, bu yolla  büdcənizə qənaət etmiş olarsınız. Elə indi müxtəlif şirkətlərin erkən rezervasiya təkliflərini axtarın və xəyal kimi bir tətilə yelkən açın.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır