Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Sıfır emissiyalı konteyner gəmiləri layihələndiriləcək və inşa ediləcək

“Imoto Lines” gəmiçilik şirkəti “Marindows” ilə Yaponiyanın sıfır emissiyalı konteyner gəmilərinin ən son nəslini layihələndirməyi və inşa etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, şirkətlərin birgə press-relizində gəmilərin Yaponiyanın ilk növbəli konteyner batareyalarından, həmçinin bort batareyaları və generatorlarından istifadə etməklə hibrid rejimdə işləyəcəyinə aydınlıq gətirilib.

Ekologiya Nazirliyi və Yaponiya hökuməti tərəfindən dəstəklənən karbon-neytral texnologiyaların inkişafı layihəsinin üç il davam edəcəyi gözlənilir. Gəminin “Miura Shipbuilding” tərsanəsində 2027-ci ilin yanvarına qədər inşa edilməsi nəzərdə tutulur. Ümumi tutumu  499 ton, konteyner tutumu  təxminən 200 TEU, uzunluğu 81 metr, eni 13,5 metr, hündürlüyü  6,6 metr olacaq konteyner gəmisi 12,5 düyün sürətlə hərəkət edəcək. 

Sistemlər hazırlandıqdan sonra gəminin Kobe-Xirosima marşrutu üzrə nümayiş sınaqlarının keçirilməsi planlaşdırılır.

Yapon şirkətlərinin hesabatında qeyd edilir ki, hazırda layihələndirilən və istismara verilən gəmilər çox bahalıdır və eyni zamanda texnologiyanın köhnəlməsi riski də var. Yeni layihə standartlaşdırma, modullaşdırma və kütləvi istehsal hesabına əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır