Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İlk konteyner izləmə cihazı təqdim edilib

“Hapag-Lloyd” dünyanın ilk konteyner izləmə cihazını təqdim edib. Əşyaların İnterneti əsaslı konteyner izləmə cihazı "Live Position" logistikada yeni standart müəyyənləşdirir.

“Seanews.az” “Marine Insight”-a istinadən xəbər verir ki, “Live Position” ilə daşınma başlanandan son təyinat yerinə qədər yüklərin harada olduğunu  görmək mümkündür.

Proqram real vaxt məlumatı təqdim etməklə qlobal logistika sahəsində uzun müddət mövcud olan “kor nöqtələr” problemini həll edir. Bununla yanaşı, öz yüklərini konteyner, sifariş nömrəsi və ya lot üzrə asanlıqla izləmək imkanı müştərilər üçün həm də əsaslı qərarlar qəbul etmək və riskləri idarə etmək imkanı yaradır.

“Hapag-Lloyd”  gəmiçilik şirkəti ümumi tutumu 2 milyon TEU olan 266 müasir konteynerdaşıyan donanması ilə sahə liderlərindən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır