Çinin limanlarında 4,09 milyard ton yük aşırılıb
2024-cü ilin yanvar-mart aylarında Çinin dəniz və çay limanlarının ümumi yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1% artaraq 4,09 milyard tona çatıb.
“Seanews.az” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Statistika Bürosunun məlumatında bildirilib.
Hesabat dövründə kabotaj yüklərinin aşırılması 5,7% artaraq 2,69 milyard ton olub.
Qeyd edək ki, 2023-cü ildə Çinin dəniz və çay limanlarında ümumilikdə16,97 milyard ton yük aşırılıb ki, bu da 2022-ci ilin göstəricisindən 8% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır