Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

güçülərimiz Türkiyədən müxtəlif medallarla geri dö

Fevralın 8-10-u tarixlərində Turkiyənin Ədirnə şəhərində üzgüçülük üzrə “Edirne 1st Swimming İnternational Open Cup 2019” adlı  turnir keçirilib. Maksim Şemberyevin Lüksemburqdakı uğurundan sonra milli komandanın yeniyetmə və gənc idmançıları bu yarışdan müxtəlif medallarla geri dönüb. Bu yarışda Azərbaycanın üzgüçülük üzrə milli komandasının 2 məşqçisi (baş məşqçi Rəşad Əbdürrəhmanov, məşqçi Rəşad Əliyev) və 9 idmançısı (Vəli İsrafilov, Ramil Vəlizadə, Rəşad Əliquliyev, Petrenko Maksim, Elyar Cahangirbəyov, Vorontsov Maksim, Kələntərova Ayan, Əbdürrəhmanlı Selcan, Səfərova Aysel) iştirak edərək öz şəxsi göstəricilərini yaxşılaşdıraraq aşağıdakı nəticələri əldə ediblər: İsrafilov Vəli – (2002-ci il idman ustası) yarışın 2-ci günündə 200 m brass üsulunda şəxsi nəticəsini yaxşılaşdıraraq 2.21.37 nəticə ilə A finalında iştirak edərək böyüklər arasında 5-ci, gənclər arasında 2-ci olub, gümüş medalı qazanıb. 100 m brass üsulunda 1.06.70 nəticə ilə böyüklər arasında 7-ci, gənclər arasında 3-cü olaraq bürünc medalı qazanıb. Ramil Vəlizadə – (2004-cu il idman ustası) – 200 m batterflay üsulunda C finalında iştirak edərək 2.08.40 nəticə ilə öz şəxsi göstəricisini yaxşılaşdıraraq C finalının və öz yaşıdları arasinda 200 m batterflay üsulunun qalibi olaraq qızıl medal qazanıb. Digər idmançılarımız C və B finallarında iştirak edərək öz şəxsi göstəricilərini yeniləyib. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır