Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

rfinqlə məşğul olan azərbaycanlı stomatoloqlar – Fotolar+V

– Həkim, reportaj üçün sizə hansı gün uyğundur? – Cümə günü qəşəng cənub küləyi olacaq. Məncə, o gün olar. Nə yalan deyim, indiyə kimi müsahibimdən hələ belə cavab almamışdım. Daha çox günlük-günəşlik günlərə üstünlük versək də, bu dəfə küləyin olacağına sevinirik. Ancaq sonradan çəkiliş əsnasında küləyin reportajımız üçün nə dərəcədə vacib bir amil olduğunu gördük. Adından göründüyü kimi, külək sörfinqi. Müsahibim stomatoloq Elnur Həsənlidir. Onun haqqında elə xəstələrindən xəbər almışam. Onlar həm də həkimin əl işi ilə yanaşı, xoş əhvalından və məşğul olduğu maraqlı idman növlərindən danışırdılar. Elə budəfəki mövzumuz da həkimin hobbisi olan yelkənli sörfinqdir. Odur ki, “Qafqazinfo” olaraq müsahibimizlə birlikdə Türkan çimərliyinə yollanırıq. Qış aylarında çimərlik sadəcə sörfçülərə xidmət edir. Ona görə də sahildə bir biz, bir də hələ bir neçə aylıq olan, Bob ləqəbli it var. – 3-4 il olar ki, bununla məşğul oluram. İlk olaraq Türkiyədə əyləncə üçün sınaqdan keçirdim. Çox xoşuma gəldi. Daha sonra dostlarımla məsləhətləşdim və birlikdə yelkən sifariş vermək qərarına gəldik.  Yay, qış – fərqi yoxdur, həftədə iki dəfə mütləq dənizə gəlirik. Çox əyləncəli və stressdən uzaqlaşdıran bir idman növüdür. Hər yerdə təhlükə var. Ancaq mən deməzdim ki, təhlükəli idman növüdür. Müəyyən sərhədlər var ki, onu qorumalısan. – Hansı sərhədlərdir? – Küləyi, istiqamətini düzgün təyin etmək lazımdır. Xilasedici jilet, ətrafda səni müşahidə edəcək adam olsa, yaxşı olar.  – Siz bura daha çox qış aylarında gəlirsiz. Yəqin ki, bunun da səbəbi küləyin daha çox olmasıdır. Bəs soyuq suda üzmək çətin deyil? Bizim əynimizdə termogeyimlər var ki, 3 mm qalınlığında neopren kauçukundan hazırlanıb. Çox az miqdarda su keçirir. Yayda üzməydən elə də fərqi olmur. Biz küləyin istiqamətindən asılı olaraq yerimizi təyin edirik. – Ölkədə bu sörf növü üçün xüsusi məkanlar var? – Bakı yarımada formasında olduğu üçün bütün küləklərdə üzməyə yer var.  – Maraqlıdır ki, ölkədə bu sahəyə maraq göstərən 9-10 nəfər var, elə onların da üçü siz-diş həkimlərisiz. Belə baxıram, stomatoloqların küləyə, adrenalinə xüsusi sevgisi var. Bir-birinizə tövsiyə etmisiz, ya əvvəlcədən marağınız olub, görüşmüsüz? – Düzü, siz dediyiniz zaman diqqət etdim, maraqlıdır. Yaqub həkimlə birlikdə universiteti bitirmişik, Emin həkimlə bizi elə sörf birləşdirib. Sonradan məlum olub ki, onların motosiklet marağı da var və bu adrenalinli, əyləncəli idman növlərinə maraq sonradan bizi yaxınlaşdırıb.  Bizim işimiz bir qədər gərgindir. Gərginliyi aradan qaldırmaq üçün sərin dəniz, adrenalinli idman növləri pis deyil. Yəqin ki, başqa sahədə də işləsək yenə də marağımızı çəkən məqamlar olardı. – Adrenalinli idman növlərinin təhlükəsi ilə yanaşı, yaşatdığı qorxulu məqamlar da az olmur. Başınıza belə hadisələr gəlib? – 2015-ci ilin avqustu idi. Hələ təzə öyrənirdim. Təhlükəsizlik üçün bir otelin xilasedicisindən xahiş etmişdim ki, dərinə getsəm, zəng vuracam, gəlib məni apararsan. Razılaşdıq, 2 saata yaxın dənizdə üzdüm, sonra zəng vurdum ki, gəlib məni aparsın. Bir qədər pərt oldu, sonra dedi ki, artıq iş vaxtı bitib və evinə gedir.  Yelkən və lövhəni belimə bağlayıb sahilə doğru üzməyə başladım. Yarım saat sonra gördüm ki, külək olduğundan elə bir məsafə qət edə bilməmişəm. Bu dəfə FHN-ə yığdım. Operatora koordinatlarımı verib batdığımı dedim. Mənə sualı belə oldu: “batırsızsa, necə zəng vurmusuz?” Dedim ölməyib sağ qalsam, göstərərəm. Sahilə çıxandan sonra baxdım ki, xilasedici gülür. Səbəbini soruşdum. Dedi ki, ilk sağ çıxardıqları adamam deyə sevinir. O gündən sonra tək üzməməyə çalışırıq. Emin Verdiyev: Mənim də yeni öyrəndiyim zamanlar idi. Elnurla məşq edirdik, çox sürüb yorulmuşdum. Külək sahildən dənizə tərəf idi və mən getdikcə dərinə gedirdim. Elnura təhlükə işarəsi verib kimisə köməyə çağıracağını güman etdim. Gözləmədiyim şəkildə o, tez dənizə atılıb üzə-üzə yanıma gəldi, məni xilas etdi. Ondan sonra daha da dostlaşdım, ona bir can borcluyam. – Dostlarınız sizdən bir az şikayətçidir ki, çox dərinə gedirsiz. Sizin üçün narahat olurlar. – Düzünü desəm, böyük təhlükələrlə elə də aram yoxdur. Küləyə baxırıq və arxayın olduğumuz zaman dərinə gedirik. Can bizim canımızdır, ona görə qorumağa çalışırıq. – 17-18 yanvar tarixlərində ifrat təhlükəli hava şəraiti ilə bağlı bütün qurumlar xəbərdarlıq etmişdi və həmin günlər məcbur olmayan heç kim küçəyə çıxmağa risk etmirdi. Bildiyimə görə, siz hətta o vaxt dənizə sörfinq üçün getmisiz. – Bəli külək çox güclü idi. Hətta elə güclü idi ki, yelkəni sürə bilmədim. Çünki yelkənimizin sahəsi böyükdür. O külək üçün daha kiçik yelkən götürmək lazımdır.  – Suyun temperaturu bu gün 7 dərəcəydi, ancaq siz daha aşağı dərəcədə də dənizə girmisiz. Bəs bunun sizin sağlamlığınıza nə kimi təsiri var? Məsələn, çox vaxt deyirlər, soyuq suda çimməyin sətəlcəm olarsız. – Təcrübəsiz soyuq suya girdiyi zaman meninqitdən tut, pnevmaniya xəstəliyinə kimi tutula bilər. Ancaq mən 4 ildir ki, həftədə iki dəfə soyuq suya girirəm. Bədənimizi bərkitdiyimiz üçün indiyə kimi elə bir problem yaşamamışıq. Mənimlə dənizə gələn dostlarımdan suya girmədiyi, qalın üst geyimində oturduğu halda xəstələnənlər olub.  – Bayaq dənizdən gələndə dediz ki, dənizdə yelkəni qaldırıb suyun üzündə gedən zaman insan özünü tam azad hiss edir. – Quru idman növlərindən bəlkə yüksək sürətlə sürdüyünüz zaman velosiped o ləzzəti verə bilər. Dalğaların üstündə süzdükcə adama fərqli bir həzz gəlir. İnsanın təbiətən hər zaman uçmaq, üzmək istəyi olub.  Emin Verdiyev: Xizək sürən zaman fizikanın qanunlarına uyğun olaraq eniş olduğu üçün sürüşürük. Ancaq dalğanın üstün düz üfüqi vəziyyətində küləyin hesabına sürət yığıb gedirik. Küləkdən enerji alıb hərəkət edən canlılar da quşlardır. Quşlar da dünyanın ən azad canlılarıdır. Düşünürəm ki, sörf də bizə bu azadlığı hiss etdirir, verir. – Xarici ölkələrdə peşəsindən asılı olmayaraq hər kəsin mütləq hər hansı bir idman növünə marağı olur, ya da başqa bir hobbisi. Ancaq bizdə bu, çox az-az rastlanan haldır.  – Məsələn, mən stomatoloqam və işim elə də asan deyil. Pasientlərimi daha yaxşı yola salmaq üçün mütləq dincəlməliyəm. Axşam 12-ə kimi işləyib səhər 8-də yorğun işə gəlib keyfiyyətsiz iş görməkdənsə, bir neçə saatı özümə ayırıb onlara daha keyfiyyətli xidmət göstərmək istəyirəm. Bakı küləklər şəhəridir və bu küləkdən istifadə etməmək günah olar.  Emin Verdiyev: Dediyiniz kimi, adrenalinli idman növlərindən Avropada daha çox istifadə edirlər. Sadəcə bizlə müqayisədə yox, elə Çin, Səudiyyə Ərəbistanı və başqa ölkələrdə. Məncə, bu, ölkənin inkişafı ilə birbaşa əlaqəlidir. İnsanların maddi-mənəvi rifahı yaxşılaşdıqca onlar həftədə beş gün müəyyən müddətdə işləyib sonra həddən artıq darıxırlar. Vaxt yarananda artıq digər arzularını həyata keçirməyə başlayırlar. Kimi paraşütdan tullanır, kimi rəsm çəkir və s. Düşünürəm ki, sosial durum yaxşılaşdıqca hobbilər də yaranmağa başlayır. – Bəs yelkənlərin qiyməti necə dəyişir? Bildiyimə görə, elə də ucuz başa gəlmir. – Yelkənlərin təzəsinin qiyməti ən aşağı təqribən 4 min manat olur. Ömrü də elə də çox deyil: 1-2 il. Çünki duzlu suda, günəşin altında kövrəlirlər, güclü küləkdə cırılma ehtimalları da var. Ona görə də biz Türkiyədən, ya da xaricdən ikinci əl alırıq. 3-4 nəfər birləşib aldığımız üçün də o qədər də böyük büdcə tələb olunmur. Günel Hacı Fotolar – Video: Nuran Məmmədov Qafqazinfo.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır