Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Yaponiyanın dəniz qadınları

Yaponiyanın "ama” və ya "dəniz qadınları” adlanan qadın balıqçılığı ənənəsinin tarixi 5000 il bundan əvvələ gedib çıxır. Onlar sərbəst dalğıclar hesab olunur və  dəniz məhsullarını toplayıb sataraq gəlir qazanırlar. Bu işi görən qadınların əksəriyyəti 70, 80 və 90 yaşlarınadək işlərini davam etdirirlər.

Şimoko Matsumoto balıqçılığa getdiyi günlər səhər 5:00-da yuxudan oyanır, dua etdikdən sonra 7:20-də evdən çıxır,  ilk suya daldıqdan sonra 1 və ya 1,5 saat dayanmadan üzür. Deyir ki, sən dənizin ərazisinə mütləq bələd olmalısan. Adaya nəzər yetirdiyin zaman balıqları və dəniz xiyarının harda ola biləcəyini təxmin etməlisən.

Onlar eyni zamanda qiymətli daş tapmaqları ilə də tanınırlar. 1893-cü ildə Kokiçi  Mikomoto inci yetişdirən ilk insan olur. O, "ama” dalğıclarından tapdıqları qiymətli daşları alır və Toba şəhərində öz biznesini qurur. Bu biznes tək Yaponiyada deyil, beynəlxalq arenada da səs-küyə səbəb olub. Bu gün dünyanın bir çox yerində butikləri hələ də var. Mikomoto dalğıc qadınlar üçün xüsusi ağ paltar tikilməsini də təklif edir.

Bu gün "ama” dalğıcları Yaponiyaya gedən turistlərin də böyük marağına səbəb olur. Onlar soyuq suda maska taxmadan 60 fut dərinliyə qədər dala bilir və bu işin texnikasının nəsildən-nəsilə keçərək bu günə qədər çatdığını deyirlər.

Əlbəttə, bu gün Yaponiyada qadınlar üçün iş imkanları kifayət qədər genişdir. Buna görə də qadın dalğıcların da sayında azalmalar müşahidə edilir. Belə ki əgər II dünya müharibəsindən sonra bu rəqəm 20 000 idisə, bu gün 2000-dir.

Niyə məhz kişilərin deyil, qadınların bu işi görməsinin də xüsusi səbəbləri olduğu deyilir. Əsas səbəb isə qadınlarda subkutan adlanan dərialtı yağın kişilərlə müqayisədə daha artıq olduğu və dənizin altında soyuq suya daha çox dözə bildiyi göstərilir. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır