Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-06,
Seanews
Heyder Eliyev

Dəniz nəqliyyatında satınalmaya dair Qlobal Şura yaradılıb

Gəmiçilik və gəmi idarəçiliyi şirkətlərinin satınalma rəhbərlərini bir araya gətirən Qlobal Dəniz Satınalma Şurası (GMPC) müstəqil qurum kimi fəaliyyətə başlayıb.

"Seanews.az" xəbər verir ki, Şura sektor üzrə yeni təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq platforması rolunu oynayacaq.

İlkin üzvlük tərkibinə "BW LPG", "d’Amico Shipping", "Fleet Management", "Scorpio Ship Management", "Synergy Marine Group" və "Wilhelmsen Ship Management" kimi aparıcı gəmiçilik şirkətlərinin rəhbərləri daxildir. Yaxın günlərdə digər qlobal oyunçuların da Şuraya qoşulacağı gözlənilir.

Qurumun əsas məqsədi qlobal standartların tətbiqi, dayanıqlılıq, məlumatlara əsaslanan satınalma təcrübələri, həmçinin liderlik və kadr potensialının inkişafı sahələrində dəyişikliklərə təkan verməkdir.

"Scorpio Ship Management" şirkətinin satınalma və xidmətlər üzrə qrup rəhbəri, şuranın sədri qismində çıxış edən Paolo Maqonio bildirib:“Biz oxşar düşüncəyə malik satınalma mütəxəssisləri olaraq birgə forum yaratmışıq. Məqsədimiz dəniz nəqliyyatı sektorunda innovasiya, təhsil və transformasiya üçün ideyaları bölüşmək və birlikdə işləməkdir.”

Şura çərçivəsində işçi qruplar yaradılacaq. Onlarda həm üzvlər, həm də dəvət olunmuş sənaye mütəxəssisləri iştirak edəcək, təcrübə və biliklərini paylaşaraq yeni iş üsulları və standartların formalaşdırılmasına töhfə verəcəklər.

GMPC-nin fəaliyyətinə Beynəlxalq Dəniz Satınalma Assosiasiyası (IMPA) dəstək göstərəcək. Assosiasiya şuranın administrativ və kommunikasiya işlərini idarə edəcək, görüşlər və açıqlamalar isə IMPA-nın rəsmi kanalları vasitəsilə, o cümlədən Londonda və Sinqapurda keçirilən illik tədbirlərdə yayımlanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır