Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Ən sürətli sualtı qayıq

Tarixin ən sürətli sualtı qayığı keçmiş SSRİ-də inşa edilmiş və 1968-ci il dekabrın 21-də suya salınmışdı. İlkin olaraq “K-162” adlanan üzən vasitənin adı sonradan “K-222” ilə əvəz edilmişdi.

Qiyməti çox baha olduğundan sualtı qayığa “qızıl balıq” təxəllüsü verilmişdi.

Sualtı qayığın inşası üçün 2 reaktorlu nüvə stansiyası yaradılmışdı. Dünya gəmi inşaası tarixində ilk dəfə bu qayığın gövdəsinin istehsalında titandan istifadə edilmişdi.

44 uzel sürətlə hərəkət etdiyi üçün “K-222” dünyanın ən sürətli sualtı qayığı hesab olunurdu. Qayığın göyərtəsində suyun altından atıla bilən P-70 "Ametist" qanadlı raketlər yerləşdirilmişdi.

Suyun altında 44 uzellə hərəkət edən qayığın suyun üzərindəki sürəti 19 uzelə bərabər idi. 400 metr dərinliyə enən qayıq 70 sutka avtonom hərəkət edirdi. Suyun üzərində üzən zaman qayığın suya oturumu 5197, suyun altındakı suya oturumu isə 7000 ton idi. Uzunluğu 106.9, eni isə 11.5 metrə bərabər idi.

O vaxtadək dünyada suyun altında qanadlı raketlər atmağa qadir olan gəmi yox idi. Ən sürətli sualtı qayıq inşa edərkən sovet mühəndisləri, uzaq məsafədən düşmən gəmilərinə raket və torpeda zərbələri endirmək xüsusiyyətini əsas məqsəd kimi götürmüşdülər.

Titan gövdə sayəsində sualtı qayıq əhəmiyyətli dərəcədə yüngül və düzgün hidrodinamik formaya malik idi. Bir çox üstünlüklərinə baxmayaraq, yüksək xərclər səbəbindən “K-222” heç vaxt kütləvi istehsal edilmədi.

Onun kütləvi istehsalata buraxılmamasının əsas səbəblərindən biri də yüksək səslə hərəkət etməsi idi. Qayıq sürət yığan zaman ətrafa 100 detsibelə qədər səs yayılırdı. Bu səs-küy isə sualtı qayığın yerini dərhal təyin etməyə kifayət edərdi.

Sözügedən gəmi 1984-cü ildə hərbi donanmanın tərkibindən çıxarılır və 2010-cu ildə kəsimə göndərilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır