Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-04,
Seanews
Heyder Eliyev

“AD Ports Group” Pakistan limanlarında dərinləşdirmə işləri aparacaq

Abu-Dabidə yerləşən "AD Ports Group" Pakistan limanlarında yük dövriyyəsini artırmaq məqsədilə Niderlandın "Van Oord" şirkəti ilə qazma müqaviləsi imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqaviləyə əsasən, “Karachi Gateway” terminalində dəniz yatağı dərinləşdiriləcək. Bununla, terminal 305 metr uzunluğa və 13 metr dərinliyə malik gəmilər əvəzinə 350 metr uzunluğa və 15,5 metr dərinliyə malik gəmiləri qəbul edəcək. Layihə tamamlandıqdan sonra konteyner emal gücünün 750 min TEU-dan 1 milyon TEU-ya qədər artacağı gözlənilir.

Eyni zamanda, qonşu “Karachi Gateway Terminal Multipurpose”-də aparılacaq işlər sayəsində ümumi və quru yüklərin emal gücü 60 min tondan 120 min tona yüksələcək.

Dərinləşdirmə işlərinin 2026-cı ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.

Layihə qrupun beynəlxalq liman əməliyyatlarını idarə edən törəmə qurumu “Noatum Ports” tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, AD Ports Group 2023-cü ildə uzunmüddətli konsessiya müqavilələri əsasında Pakistan bazarına daxil olub. Şirkət ticarətin inkişafını dəstəkləmək üçün liman infrastrukturunun və rəqəmsal sistemlərin modernləşdirilməsinə 1,1 milyard dirhəm (təxminən 300 milyon ABŞ dolları) həcmində investisiya yatırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır