Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-11-30,
Seanews
Heyder Eliyev

Rostov-Dona gələn teploxodda bəyan edilməmiş gəmi ehtiyat hissələri tapılıb

Türkiyənin Samsun limanından Rostov-Don çay limanına gələn teploxodda gömrük əməliyyatları həyata keçirilərkən Rusiya FTX-nin Rostov vilayəti üzrə gömrük postunun və sərhəd idarəsinin əməkdaşları gəmi üçün nəzərdə tutulmuş və daşıyıcı tərəfindən bəyan edilməyən 100-ə yaxın ehtiyat hissələri aşkar ediblər.

"Seanews.az" xəbər verir ki, daşıyıcıya qarşı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsi ilə (malların müəyyən edilmiş formada bəyan edilməməsi) iş başlanıb.

Rostov-Don Çay Limanının gömrük postunun rəisi Oleq Bessarab deyib ki, gömrük əməkdaşları 2023-cü ilin sentyabrında  gəmilərin ehtiyat hissələrini bəyan etmədiklərinə görə daşıyıcılara və gəmi kapitanlarına qarşı 15 inzibati xəta işi açıblar. Bu malların əksəriyyəti Türkiyə və Yunanıstan limanlarından gələn gəmilərdə tapılıb. “Gəmi kapitanları faktları daha çox “yorğunluq səbəbindən malları bəyan etməyi unutduqları” və ya “malların göyərtədə olduğunu bilmədikləri” ilə izah edirdilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DİGƏR XƏBƏRLƏR

HAQQIMIZDA

Azərbaycanımızı dənizsiz təsəvvür etmək mümkün olmadığı kimi, dənizləri də gəmilərsiz təsəvvür etmək çətindir. Harada üzməsindən asılı olmayaraq, dor ağacında müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanan gəmilər Vətənimizin bir parçası sayılır. Elə buna görə, çətin olduğu qədər də şərəfli dənizçi həyatına, gəmiçiliyin inkişafına maraq heç vaxt azalmayıb. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkəmizin nəqliyyat-tranzit potensialından daha səmərəli istifadənin təmini, Azərbaycanın logistik mərkəzə çevrilməsi, milli daşıyıcıların xarici bazarlara girişinin asanlaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Bu, özlüyündə yeni informasiyaların ortaya çıxmasına zəmin yaradır. Elə “Seanews.az” saytının da əsas məqsədi dəniz nəqliyyatı ilə bağlı yenilikləri operativ şəkildə çatdırmaqdır.

İlk nömrəsi 1931-ci ildə işıq üzü görən gəmiçiliyin mətbu orqanının ("Ştorm" - "Fırtına") davamçısı kimi  “Seanews.az”  daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, ekspert rəyləri ilə xidmətinizdədir.

Saytda Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdirilir.

“Seanews.az”ın köməkliyilə siz təkcə Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə gəmiçiliklə bağlı maraqlı xəbərləri əldə edə bilərsiniz.