Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

gəmiyə heyran olacaqsınız -V

Fransanın cənubundakı Saint-Nazaire Limanında inşa olunan “Harmony of the Seas” adlı səyahət gəmisi İngiltərənin Southampton şəhərinə yola salınıb. Dünyanın ən böyük səyahət gəmisinin yola salınma mərasiminə 40 mindən çox adam qatılıb. İştirakçılar  sosial media hesablarında mərasimdən şəkillər paylaşıblar. Gəmi Fransanın STX  şirkəti tərəfindən 32 ay ərzində inşa edilib. Uzunluğu 362, eni 66, hündürlüyü isə 73 metrdir. Ağırlığı 227 min ton olan gəminin  ümumi dəyərinin 1 milyard avro olduğu bildirilir. Onun içərisində hovuz, oyun salonları , restoranlar və s mövcuddur. Gəmiylə səyahətin qiyməti 200 avrodan başlayır. Ən konfortlu kayutda gediş haqqı isə 400 avro təşkil edir. Qeyd edək ki, “Harmony of the Seas”  bir zamanlar dünyanın ən böyük gəmisi hesab edilən Titanikdən tam üç dəfə böyükdür.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır