Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dənizçilər var olsun!” marşı təqdim olunub – V

160 illiyini qeyd etməyə hazırlaşan ölkənin ən qocaman şirkətlərindən biri olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi əsasında “Dənizçilər var olsun!” marşı  təqdim olunub. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi marşın sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı xalq artisti, professor Faiq Sücəddinovdur. Əsərdə dənizçilərin fədakarlığından, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin şanlı tarixindən və keçdiyi 160 illik şərəfli yoldan bəhs edilir. Cəngi üslubunda yazılan marş dəniz romantizmini, tarixi faktları, Gəmiçiliyin müasir uğurlarını əks etdirir. Qeyd edək ki, bu əsər ölkə tariximizdə dənizçilərə həsr olunmuş ilk marşdır. Qəhraman dənizçilərimizə həsr olunmuş “Dənizçilər var olsun” marşını sizə təqdim edirik.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır