Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA-nın professoru “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib

ADDA-nın "Tətbiqi mexanika" kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru Rövşən Hümbətəliyev Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib.

Bu münasibətlə Abşeron rayon Heydər Əliyev mərkəzinin iclas zalında keçirilən tədbirdə “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin üzvü, akademik Səxavət Ociyev akademiyanın həqiqi üzvünün diplomunu və döş nişanını alimə təqdim edib. S.Ociyev bildirib ki, “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri professor R.Hümbətəliyevin elmi fəaliyyətini yüksək qiymətləndirirlər. Onun elmi əsərləri Nyu-York, Honq-Konq, Vyana, London, Barselona, Moskva və Madriddə keçirilən sərgilərdə iştirak edib və "Qızıl" medala layiq görülüb.

Akademiyanın rəyasət heyyətinin üzvü Səxavət müəllim qeyd etdi ki, elmi araşdırmaları və tədris ilə bağlı apardığı işlərə görə Rövşən müəllim Rusiyanın Təbiətşünaslıq Akademiyasının, İnformasiya Elmləri Akademiyasının, Dağ Elmləri Akademiyasının, Birləşmiş Elmlər Akademiyasının həqiqi üzvü, Nyu-York Elmlər Akademiyasının, İtaliya Sosial-İqtisad Akademiyasının, Vatikan Bonifasye Akademiyasının, Beynəlxalq Təbiətşünaslıq Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Türkiyə Beynəlxalq Araşdırmalar Elmlər Akademiyasının, İsrail Elmin İnkişaf Akademiyasının, Avropa Təbiətşünaslıq Akademiyasının İngiltərə və Şotlandiya bölmələrinin həqiqi üzvü, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçlib.

O, elmi əsərlərinə görə Rusiyanın "Əməkdar Elm və Texnika xadimi" fəxri adına (2016-cı ildə) və Avropanın "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. Alimin işləri BMT-nin UNCOPA (İctimaiyyətlə işlər idarəsi) tərəfindən də "Elm və sülhməramlı səfir" seçilmişdi (2021-ci il).

R.Hümbətəliyev ona göstərilən etimada görə “Turan” Elmlər    Akademiyası Rəyasət Heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Rövşən müəllim Ümümdünya Fəlsəfə Forumu və Sokrat Fəlsəfə Məktəbi ilə yanaşı, Afina akademiyasının “Dünya vətəndaşı-XXI” adına layiq görülüb. Sertifikatda Rövşən Hümbətəliyevin bu ada elm və təhsil sahəsində əldə etdiyi uğurlara görə layiq görüldüyü qeyd edilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır