Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun məşqçiləri “Hakimliyə namizədlik” kursunu uğurla başa vurublar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun (XYQİK) məşqçiləri Tatyana Srebnaya, Janna Məmmədova və Mixail Protasov “Hakimliyə namizədlik” kursunda iştirak ediblər.

Azərbaycan Yelkən Federasiyasının (SFA) təşkilatçılığı ilə ilk dəfə keçirilən kurs dörd gün davam edib. Kursu Türkiyə Yelkən Federasiyasının milli hakimi Hüseyn Ergin Özdemin tədris edib.

Kursun sonunda iştirakçılar imtahan veriblər. XYQİK-nun məşqçiləri imtahanda yüksək bal toplayaraq “Yelkən hakimliyinə namizəd” ünvanını qazanıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır