Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

"Bibiheybət" Gəmi Təmiri Zavodunda obyekt mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Fövqəladə Hallar (FH) və Mülki Müdafiə (MM) şöbəsinin 2023-cü il üçün planına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Bibiheybət" Gəmi Təmiri Zavodunda (GTZ) "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda məşq keçirilib.

Obyekt mülki müdafiə məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər mülki müdafiə qərargahının rəisi İlqar Namazovun göstərişinə uyğun olaraq toplantı yerinə yığılıblar. Mülki müdafiə qərargah rəisi inzibati binada yanğın baş verməsi, ərazidə dağıntının olması, zərərçəkənlər və xəsarət alanlar barədə məlumat verib.

Məşqdə fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə və düzgün qərarlar qəbul etmək, eyni zamanda mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı əyani nümayiş olunub. Şərti fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib.

Məşq uğurla başa çatıb və qənaətbəxş hesab olunub.

Qeyd edək ki, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə öyrətməkdir.

Tədbirdə Səbail FH və MM şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov, həmin şöbənin mütəxəssisi mayor  Anar Nazıyev, ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Rəşad Hüseynov, şöbənin Mülki Müdafiə qərərgahının rəisi Natiq Orucov, “Bibiheybət” GTZ-nin direktor müavini Namiq Nurməmmədov, Zavodun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Zaur Zeynalov və digər rəhbər şəxslər iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır