Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə minatəmizləmə əməliyyatı keçirəcək

Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə ərazi sularını minalardan təmizləmək üçün tezliklə birgə əməliyyat keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Sofiyada keçirilən beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində minalardan təmizlənməsi üzrə iş gözlənilmir.

Qeyd edək ki, sentyabrda NATO ölkələri Rumıniyada dəniz minalarına qarşı mübarizə təlimləri keçirib. Qara dəniz və Dunay deltasında keçirilən təlimlərdə Bolqarıstan, Böyük Britaniya, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Fransadan iki yüzdən çox hərbi dənizçi iştirak edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır