Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

ADDA məzununun uğurları davam edir

Mahmud Süleymanlı Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisasını bitirib. Magistratura təhsilini Odessa Milli Dənizçilik Universitetində “Gəmiqayırma” ixtisası üzrə alıb.

Bu barədə iki il öncə “ADDA məzunu” layihəsində məlumat vermişdik.

ƏTRAFLI OXU: ADDA məzunu: Milli gəmilərin inşasında iştirak etdiyimə görə qürur duyuram

Mahmud Süleymanlı 2022-ci ildə Dünya Dənizçilik Universitenin (World Maritime University) “Dənizçilik enerji idarəolunması ixtisası” üzrə magistratura pilləsinə qəbul olub. Bu günlərdə isə nüfuzlu təhsil müəssisəsinin məzunu adını alıb.

Azərbaycanlı gənc təhsilinin sonunda “Real külək məlumatlarından istifadə edərək Xəzər dənizinin mövcud donanmasında külək hərəkətinin tətbiqi” mövzusunda dissertasiya işinin uğurla müdafiə edə bilib.

O, təhsil aldığı müddətdə müxtəlif beynəlxalıq seminar və konfranslarda da iştirak edib. Bundan başqa Avropanın, o cümlədən Skandinaviya dövlətlərinin müxtəlif limanları, gəmiqayırma zavodları, dənizçilik sahəsində fəaliyyət göstərən qurumlarında tanışlıq xarakterli təcrübə keçib, biliklərini möhkəmləndirib.

Onu da qeyd edək ki, Mahmud Süleymanlı hazırda ADDA-nın doktorantura pilləsində təhsilini davam etdirir.

Mahmud Süleymanlını növbəti uğuru münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır