Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

EY şirkətinin nümayəndəsi ASCO-da Ekoloji, sosial və idarəetmə prinsiplərinə dair təqdimat keçirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) rəhbər şəxslər üçün Ekoloji, sosial və idarəetmə prinsiplərinə (ESG) dair seminar keçirilib.

Əvvəlcə ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli şirkətin ESG üzrə cari vəziyyəti və gələcək planları barədə geniş təqdimatla çıxış edib. 

Daha sonra EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlılıq Xidmətlərinə dair Mərkəzi Asiya, Qafqaz və Ukrayna üzrə regional rəhbəri Viktor Kovalenko ASCO-nun ESG icmalına ümumi baxışı əhatə edən təqdimat keçirib. O, təqdimat zamanı ESG-nin əhatə dairəsi, risk və imkanlar, investisiya, ESG normativlərinin vacibliyi, bu istiqamətdə Avropa İttifaqının və digər beynəlxalq qurumların təlimatları, standartları və siyasətləri kimi qlobal yanaşmalara dair ətraflı məlumat verib. Həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı ESG-nin monitorinqi və hesabatını aparan beynəlxalq şirkətlər barədə danışıb.  

Seminarda dekarbonizasiya, o cümlədən yaşıl yanacaq adlandırılan metanol, hidrogen, ammonium və digər alternativ dəniz yanacaqlarının istifadəsi mövzusunda da ətraflı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə ən yaxşı təcrübələrdən biri sayılan Malayziyanın Tanjung Pelapas limanının Yaşıl Yanacaq Mərkəzi konsepsiyası haqqında bəhs olunub.

Sonda mövzu üzrə iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır