ADDA professor-müəllim vəzifələri üzrə vakansiya elan edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Azərbaycan Dövlət Dəniz Akademiyası” Publik Hüquqi Şəxsi (ADDA) “Dəniz naviqasiyası” kafedrası üçün “Dəniz astronomiyası” fənni (tədris ingilis dilində) – ştat və ya saathesabı və “Naviqasiya” fənni (tədris ingilis dilində) – ştat və ya saathesabı professor-müəllim vəzifələri üzrə müsabiqə elan edib.
Müraciət edən namizədin müvafiq ixtisas üzrə minimum magistr təhsili olmalıdır.
Sənədlər təlimata uyğun olaraq 19 avqust 2024-cü il tarixinədək Personalın idarə edilməsi və əmək haqqı şöbəsinə (otaq 307) təqdim edilməlidir.
Tələb olunan sənədlər
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı.
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18.
Əlaqə telefonu: 050 277 02 64
404-37-00 (3236)