Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

kənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak edəcək

Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası dekabrın 22-dək 30-dək İzmirdə gələn il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunacaq təlim-məşq düşərgəsində iştirak edəcəklər. Federasiyadan bildirilib ki, “Teos Marina” yelkənli idman klubunun dəvəti ilə Türkiyənin nüfuzlu klubları da düşərgəyə qatılacaqlar. Düşərgənin sonunda bütün idmançıların iştirakı ilə “Teos Kuboku” uğrunda yarış keçiriləcək. Təlim-məşq düşərgəsində yığmamızın yelkənçiləri ilə yanaşı, Azərbaycan Yelkənli İdman Federasiyasının yeni idmançıları da bacarıqlarını nümayiş etdirəcəklər. Düşərgədə Azərbaycanı “Optimist” sinfi üzrə Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, Timur Sıkaçevski, “Laser” sinfi üzrə İsmayıl Kərimov, Cavid Kərimov, Murad Allahverdi, heyətin rəhbəri Burcu Alqon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev təmsil edəcəklər. Aktiv bazası 2014–cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi mütəmadi olaraq maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançılar cəlb etməkdir. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Lazer” sinifləri üzrə iki komanda formalaşdırılıb. Bu sinifləri xaricdən dəvət edilən iki baş məşqçi çalışdırır. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin rəhbərliyi ilə keçirilir. Hazırda federasiyada “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə xaricdən dəvət edilən iki baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri təşkil olunur. Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə xaricdə təşkil olunan təlim-məşq düşərgələrində iştirak ediblər. Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır