Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

nizçilərin xəstəlikləri üzrə beynəlxalq yararlılıq meyarları üzrə ümumi test suall

Adıgözəl Məmmədov uzun müddətdir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Dənizçilər poliklinikası” MMC-də çalışır. Həkimliklə yanaşı, o  Azərbaycan Respublikasının 22 aprel 1997-ci il tarixli, 276-IQ nömrəli Qanunu ilə qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının  “Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyasının”(STCW) 1978-ci il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq dənizçilərin ilkin və dövri tibbi müayinədən keçmələrinə dair qaydaları və tibbi şərtlərinə uyğun milli konsepsiyanı işləyib. Məhz bu qaydalara uyğun tibbi müayinələr həyata keçiriləndən sonra nəticədən asılı olaraq dənizçiyə tibbi sertifikatın verilib-verilməməsi barədə tibbi-müayinə komissiyası qərar qəbul etməlidir. Tibbi-müayinə komissiyası qərar qəbulu zamanı, həm ölkə səviyyəsində, həm də dənizçiliyin və dəniz nəqliyyatının beynəlmiləl xarakterli olması səbəbindən beynəlxalq səviyyədə vahid qaydada tətbiq olunan yararlılıq meyarlarının tətbiqinə əsaslanması vacibdir. Bu baxımdan həkimlərimizin marifləndirilməsini nəzərə alaraq testlər hazırlanıb. Biz də hissə-hissə bu testləri dərc edərək, həm həkimlərimizi, həm də tibbi sertifikasiyadan keçən əməkdaşlarımızı maarifləndirmək qərarına gəldik. 1. Tibbi fəaliyyətlə məşğul olan şəxslər, müayinə edənlər, dənizçilərin yararlılıq baxımından tibbi müayinəsinin həyata keçirilməsi zamanı hansı qaydalara isinad  edirlər? Cavab : Bynəlxalq Əmək Təşkilatı(ILO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən 1997-ci ildə nəşr olunmuş Dənizçilər üçün Dəniz Öncəsi və Mütəmadi Tibbi Uyğunluq Müayinələri haqqında Qaydalara o cümlədən, onların düzəliş və nəşr edilmiş sonrakı versiyalarına riayət edilməsini vacib sayır. 2. Tibbi müayinənin həyata keçirilməsinin gedişatında alkoqol və ya narkotik maddələrin mövcudluğunun yoxlanılması üçün testlərin (təhlillərin) aparılması zamanı hansı rəhbər prinsiplər əsas götürülməlidir? Cavab : Tibbi müayinənin həyata keçirilməsinin gedişatında alkoqol və ya narkotik maddələrin mövcudluğunun yoxlanılması üçün testlərin (təhlillərin) aparılması zamanı BƏT (Beynəlxalq Əmək Təşkilatının) və ÜST (Ümumdünya Səhiyyə Təşkilatının) Dənizçilərin Sağlamlığı üzrə Birgə Komitəsi  (Cenevrə, 10–14 May 1993-cü il) tərəfindən qəbul olunmuş  dünya səviyyəsində tətbiq olunan Dəniz Sənayesində Narkotik və Alkoqol Yoxlamaları Prosedurları haqqında Rəhbər Prinsiplər əsas götürülür.  3. Müayinələr zamanı Dənizçilərdə narkaloji asılılıq aşkar edildikdə hansı tədbir seçilməlidir? Cavab: Dənizçilərdə narkaloji asılılıq aşkar edildikdə Respublika Narkoloji Dispanserinə göndərilməli və həmin xəstə  dispanser qeydiyyatına alınmalıdır. 4. İstənilən halda dənizçilərin müayinəsini həyata keçirən zaman tibb işçisi, bütün mümkün hallarda hansı meyarları nəzərə almalıdır? Cavab : İstənilən halda dənizçilərin müayinəsini həyata keçirən zaman tibb işçisi beynəlxalq tələblərdə göstərilmiş  yararlılıq meyarlarını nəzərə almalıdır. Bu yanaşmanın  təməlində isə Azərbaycan Respublikasının 22 aprel 1997-ci il tarixli, 276-IQ nömrəli Qanunu ilə qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyasının”(STCW) 1978-ci il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq dənizçilərin ilkin və dövri tibbi müayinədən keçmələrinə dair tibbi şərtləri  və  2006-cı ildə qəbul edilmiş Dəniz Əməyi Konvensiyasına görə dənizçilərin öz vəzifələrini tibbi  yararlılığı baxımından yerinə yetirib və ya yetirə bilməməyi tibbi sertifikatın verilməsi qaydalarına uyğun həyata keçirilirilməsi durur. 5. Dənizçilərə Sağlamlıq haqqında Tibbi sertifikat verilməsi zamanı hansı qaydalara uyğun  həyata keçirilir ? Cavab: 2006-cı ildə qəbul edilmiş Dəniz Əməyi Konvensiyasına görə dənizçilərin öz vəzifələrini tibbi yararlılığı baxımından yerinə yetirib və ya yetirə bilməməyi tibbi sertifikatın verilməsi qaydalarına uyğun həyata keçirilir. 6. 2006-cı ildə qəbul edilmiş Dəniz Əməyi Konvensiyasına görə Gəmidə və quruda tibbi xidmət hansı formada təmin edilir? Cavab: Dənizçilərə zəruri dərman preparatları, tibbi avadanlıqlar, tibbi diaqnostika və müalicə, habelə, tibbi məlumat və ekspertiza müəssisələrinə təxirəsalınmaz çıxış əldə etmələri də daxil olmaqla,  habelə radio vasitəsi ilə və ya peyk rabitəsinin köməyi ilə verilən tibbi məsləhətlərin, o cümlədən mütəxəssisləri məsləhətləri dənizdə olan gəmilərə gün ərzində 24 saat fasiləsiz çatdırılmasınını əvvəlcədən yaradılmış sistem əsasında təmin etməlidir; tibbi tövsiyələr, habelə gəmi ilə quruda olan məsləhətçilər arasında peyk rabitəsi ilə ismarıcların ötürülməsi gəmilərin hansı bayraq altında üzməsindən asılı olmayaraq onlar üçün ödənişsiz təmin edilməlidir.Sağlamlığın mühafizəsi və sanitar maarifləndirmə proqramlarının işlənməsi kimi qabaqlayıcı xarakterli tədbirlər görülməlidir. 7. 2006-cı il MLC (Dəniz Əməyi Konvensiyası) (Standart A1.2) və  düzəliş edilmiş 1978-ci il STCW (Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiya) (Bölmə A-I/9, paraqraf 7) tibbi sertifikata daxil edilməli olan minimum məlumatlarda nə əks olunmalıdır? Cavab: Dənizçinin sağlamlığı haqqında tibbi sertifikatın etibarlılıq müddəti 2006-cı il MLC (Dəniz Əməyi Konvensiyası) (Standart A1.2, paraqraf 7) və  düzəliş edilmiş 1978-ci il STCW (Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyanın) (Bölmə A-I/9-da) uyqun göstərilməlidir. 8. 2006-cı il MLC (Dəniz Əməyi Konvensiyası) (Standart A1.2, paraqraf 7) və  düzəliş edilmiş 1978-ci il STCW (Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyanın) (Bölmə A-I/9-da) uyqun tibbi sertifikatlar  neşə il müddətinə verilir ? Cavab: 2006-cı il MLC (Dəniz Əməyi Konvensiyası) (Standart A1.2, paraqraf 7) və  düzəliş edilmiş 1978-ci il STCW (Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyanın) (Bölmə A-I/9-da) uyqun tibbi sertifikatlar  verilməsi tarixindən etibarən ən çox 2 il müddətində qüvvədə ola bilər, lakin, əgər tibbi sertifikatın verildiyi şəxsin yaşı 18-dən az olarsa, bu halda tibbi sertifikatın qüvvədə olma müddəti 1 ildən artıq ola bilməz.    9. Tibbi sertifikatın qüvvədə olma müddəti dənizçinin səfərdə olması zamanı başa çatırsa, bu halda hansı rəhbər prinsiplər nəzərə alınır? Cavab : Düzəliş edilmiş 1978-ci il STCW (Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyanın) müddəalarına əsasən verilmiş Tibbi sertifikatın qüvvədə olma müddəti dənizçinin səfərdə olması zamanı başa çatırsa,  həmin tibbi sertifikat hansı 3 aydan artıq olmamaq şərti ilə,  dənizçinin tərəf dövlətin tanımış olduğu tibbi fəaliyyətlə məşğul olan şəxslərdən tibbi arayış almaq imkanı olduğu növbəti daxilolma limanına qədər qüvvədə qalacaqdır. Təcili hallarda, administrasiya həmin tərəf dövlətin tanımış olduğu tibbi fəaliyyətlə məşğul olan şəxsin olduğu növbəti daxilolma limanına qədər dənizçinin qüvvədə olan tibbi sertifikatı olmadan işləməsinə icazə verə bilər lakin o şərtlə ki,  belə icazə müddəti üç aydan artıq davam etməsin və aidiyyəti dənizçi ən son tarixdə verilmiş, müddəti keçmiş sertifikata malik olsun. 10.Müayinəni həyata keçirən şəxs dənizçinin dənizdə vəzifələrinin icrası zamanı onun işinin xüsusiyyətinin onun sağlamlığına mənfi təsir göstərdiyini aşkar  edərsə onun yanaşması necə olmalıdır? Cavab: Müayinə edən həkim dənizçinin dənizdə vəzifələrinin icrası zamanı onun işinin xüsusiyyətinin  onun  sağlamlığına mənfi təsir göstərdiyi qənaətinə gələrsə, bu halda tibbi sertifikat daha az müddətə verilməli və təkrar qiymətləndirilmənin həyata keçirilməsi üçün tədbirlər görülməlidir.  Tibbi fəaliyyətlə məşğul olan şəxslər, şəxsin tibbi sertifikatında qeyd olunduğu kimi işlədiyi bölmə (göyərtə / maşın / keytrinq  / digər) üzrə bütün vəzifələrini icra etməyə dünya miqyasında yararlı olub – olmamasını ; və ya həmin şəxslərin öz gündəlik və fövqəladə vəzifələrini yerinə yetirə bilmək imkanlarına  baxmayaraq yalnız müəyyən edilmiş sularda işləyə bildiklərini; yaxud da bəzi gündəlik və fövqəladə vəzifələrin uyğunlaşdırılmasına zərurətin olub olmadığını  qeyd etməlidir.  Müşahidə növbəsi çəkmə vəzifələri kimi təhlükəsizliklə bağlı bacarıqlar xüsusilə qeyd olunmalıdır. 11. Əgər dənizçi gündəlik və fövqəladə vəzifələrini təhlükəsiz və səmərəli şəkildə yerinə yetirə bilmirsə və vəzifələrin uyğunlaşdırılması mümkün deyildirsə, bu halda hansı tədbirlər həyata keçirilməlidir ? Cavab: Əgər dənizçi gündəlik və fövqəladə vəzifələrini təhlükəsiz və səmərəli şəkildə yerinə yetirə bilmirsə və vəzifələrin uyğunlaşdırılması mümkün deyildirsə, bu halda dənizçiyə “vəzifəyə uyğun olmama” barədə məlumat verilməlidir. 12. Əgər dənizçi gündəlik və fövqəladə vəzifələrini təhlükəsiz və səmərəli şəkildə məhdud yerinə yetirə bilirsə hansı tədbirlər görülməlidir? Cavab: Bu halda dənizçi “vəzifəyə məhdud yararlı” olması barədə məlumatlandırılmalıdır.Əgər xəstəlik və ya xəsarət etibarlı tibbi sertifikata malik olan dənizçinin gündəlik və fövqəladə vəzifələri yerinə yetirmək qabiliyyətinə xələl yetirə bilərsə, onların cari yararlılığının təkrarən qiymətləndirilməsi zəruri ola bilər.  Belə müayinələrin həyata keçirilməsi, fəaliyyət qabiliyyətinin 30 gündən artıq müddətdə itirilməsi, tibbi səbəblərə görə gəmidən düşürülmə, xəstəxanaya qəbul edilmə və ya yeni dərman vasitələrinə tələb kimi xüsusi hallarda nəzərə alına bilər.  Onların cari tibbi sertifikatlarına da müvafiq qaydada yenidən baxıla bilər. 13.Tibbi müayinələri həyata keçirən şəxslər , müayinə etdikləri dənizçilər qarşısında hansı hüquqi öhdəliklər daşıyır ? Tibbi müayinələri həyata keçirən şəxslər,müayinələrə cəlb olunan bütün şəxslərin o cümlədən tibbi müayinə blankları, laborator təhlillərin nəticələri və digər tibbi məlumatlarla bağlı məxfiliy proseduruna  riayət etməlidirlər.  Tibbi müayinə haqqında hesabatlarda onların məxfi olduğu qeyd olunmalı, belə hesabatlarla məxfi sənəd kimi davranılmalı və dənizçidən əldə olunmuş bütün tibbi məlumatlar qorunmalıdır.  Tibbi sənədlərdən yalnız dənizçinin işə yararlı olub – olmamasının müəyyən edilməsi və tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə istifadə olunmalıdır; tibbi səndlərin dənizçinin yazılı şəkildə rəsmiləşdirilmiş razılığı olmadan digər şəxslərə açıqlanması yolverilməzdir.  Şəxsi tibbi məlumatlar tibbi sertifikatlara və ya tibbi müayinədən sonra digər şəxslərə təqdim oluna bilən digər sənədlərə daxil edilməməlidir. Dənizçi öz şəxsi tibbi məlumatlarını əldə etmək və onların nüsxələrini götürmək hüququna malik olmalıdır. 14. Tibbi müayinənin həyata keçirilməsi nəticəsində tibbi sertifikat verilməsindən imtina edilmiş şəxslər üçün şikayət prosedurları barədə dənizçi hansı məlumatlarla təmin edilməlidirlər ? Cavab: Tibbi müayinəni həyata keçirən həkim ,etik mövqeyi yaxşı anlamalı və bununla bağlı hər hansı münaqişənin nəzərə alınmasını və həll olunmasını təmin etməlidirlər;dənizçiyə tibbi sertifikatın verilib – verilməməsindən asılı olmayaraq, zəruri olduqda aşkar olunmuş hər hansı tibbi problemlərin daha ətraflı araşdırma və müalicə məqsədi ilə  aidiyyəti üzrə yönləndirməlidirlər.Dənizçilərin tibbi müayinələrini həyata keçirmək öhdəliyi götürmüş şəxslər üçün müvafiq kənar klinik akkreditasiya tədbirlərinə də razılıq verilə bilər ki, belə tədbirlərin nəticələri səlahiyyətli orqana təqdim olunmalıdır. 15. Dənizçilərin həkimlərdən şikayət prosedurlarına nə aiddir? Cavab : Şikayət proseduruna aşağıda qeyd olunan hissələr aid ola bilər: (i)       işə baxmaq vəzifəsini öz üzərinə götürmüş  tibbi fəaliyyətlə məşğul olan şəxs və ya hakim ən azı ilkin müayinəni həyata keçirmiş tibbi fəaliyyətlə məşğul olan şəxs ilə eyni ixtisasa malik olmalıdır; (ii)      işə baxmaq vəzifəsini öz üzərinə götürmüş tibbi fəaliyyətlə məşğul olan şəxs və ya hakim digər tibb  ekspertlərinin dəstəyi üçün müraciət imkanı ilə təmin edilməlidir; (iii)     şikayət proseduru dənizçi və ya gəmi sahibi üçün lüzumsuz nəticələrə səbəb olmamalıdır; (iv)     tibbi sənədlərlə davranış üzrə nəzərdə tutulmuş məxfilik prinsipləri  şikayət ptoseduruna da şamil edilmişdir; və (v)     şikayət proseduru nəticəsində qəbul olunmuş qərarların uyğunluğu və adekvatlığını təsdiq etmək üçün keyfiyyətin təmin edilməsi və keyfiyyətə nəzarət prosedurları mövcud olmalıdır. Müraciət, şikayət, audit proseduru nəticəsində və ya digər səbəblərdən tibbi fəaliyyətlə məşğul olan tanınmış şəxslərin səlahiyyətli orqan tərəfindən belə tanınma ilə əlaqədar tələblərə artıq cavab vermədiyi müəyyən olunarsa, belə şəxslərin dənizçilərin tibbi müayinəsini həyata keçirmək səlahiyyəti ləğv olunmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır