Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

"ADDA məzunu" layihəsi: Niyazi Bayramovu yaxından tanıyaq

Ümummilli lider Heydər Əliyevin tövsiyyəsi  ilə 1996-cı ildən Azərbaycan Dövlət Dəniz Akademiyası kimi fəaliyyət göstərən təhsil ocağımızın məzunları hazırda gəmiçilik və dənizçilik sahəsi  ilə bağlı müxtəlif yerlərdə iş başındadırlar. "ADDA məzunu" layihəsində sizi onlarla yaxından tanış edəcəyik.

Layihənin budəfəki qəhrəmanı Niyazi Bayramovdur.

2007-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri" ixtisasını bitirib.

Əmək fəaliyyətinə 2009-cu ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Paris Komunnası Zavodunda qaynaqçı kimi başlayıb.

Sonra bir sıra özəl şirkətlərdə çalışıb.

2012-ci ildən Bakı Gəmiqayırma Zavodunda mühəndis vəzifəsində işləyir.

Zavodda işlədiyi müddətdə rəhbərlik tərəfindən Sinqapura təcrübəyə göndərilib.

Bakı Gəmiqayırma Zavodunun iri layihələrindən hesab olunan “Xankəndi” sualtı quraşdırma gəmisinin interyer sahələrinin və yanğın sistemlərinin layihələndirilməsində iştirak edib.

Hazırda ASCO-nun sifarişi ilə tikilən Ro-Pax/Bərə tipli gəminin tikintisində çalışır.

Musa ƏLİYEV - ADDA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır