Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  10 iyul 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə təltif olunan bir qrup dənizçiyə  “Gəmiçilikdə xidmətlərə görə” medalının və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində keçirilən 2018-ci ilin “Ən yaxşıları” müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmiş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklareni ASCO-nun fəaliyyəti və uğurları ilə bağlı məlumatlandırmasından, ölkəmizin üzərindən keçən yüklərin həcminin artırılması üçün atılan addımların nəticəsiz qalmamasından, Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələrin aparılmasından, Xəzəryanı bölgənin gələcək taleyinin bu gün Xəzəryanı dövlətlərin hakimiyyət orqanlarının qəbul etdiyi qərarlardan asılı olduğundan, TAP boru kəmərinin genişləndirilməsi imkanlarının araşdırılmasından, “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə dördtərəfli işçi qrupunun ilk iclasından, Xəzər İqtisadi Forumu formatının Xəzər regionunun hüdudlarından kənara çıxmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin gənclər və gələcəyin dənizçiləri ilə qeyri-rəsmi formatda görüşündən, XDND-də gənc dənizçilərin peşəkarlığının artırılmasında veteranların əvəzsiz rolundan, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır