Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Hidrokostyumu necə seçmək lazımdır?

Hidrokostyum bədənin isitliyini qoruyub saxlamaq xüsusiyyətinə malikdir. Bu, insana yelkənli idmanla, sörfinqlə, üzüşlə məşğul olmaq imkanı verir. Hidrokostyumla istənilən hava şəraitində suda qalmaq mümküdür.

Bu kostyumu seçərkən müəyyən məqamlara diqqət yetirmək lazımdır.



Hansı hidrokostyum məhz sizə uyğundur?

Kostyum seçərkən öz fərdi ehtiyaclarınızı nəzər almalısınız. Hansı fəsildə və harada üzəcəksiniz? Üzəcəyiniz məkanın hava şəraiti və iqlimi necədir? kimi sualları cavablandırmalısınız.

İqlimə görə kostyum seçimi

Yay və qış fəsli üçün müxtəlif uzunluqda və qalınlıqda kostyumlar mövcuddur. Əgər isti iqlimli məkanda üzəcəksinizsə, sizə nisbətən qısa və nazik materialdan hazırlanmış hidrokostyum uyğundur. Soyuq hava şəraitində isə daha uzun və qalın hidrokostyum seçmək lazım gələcək. Bu tip kostyum çənədən topuğa qədər bütün bədəni örtür. Hər insanın soyuğa davamlılığı müxtəlif olur. Amma siz öz bədəninizin istiliyini qorumasanız, suda çox qala bilməyəcəksiniz. 

4.3 mm qalınlıqda tikişi olan hidrokostyum sizə soyuq (13-18 dərəcə) havada müəyyən komfort verəcək. Əgər sizin bədəniniz soyuğa davamlıdırsa, o zaman 3.2 mm qalınlıqda tikişi olan kostyum sizə tam uyğun olacaq. Mülayim və isti hava (19-21 dərəcə) şəraitində üzmək üçün 2.1 mm qalınlıqda tikişi olan kostyum əlverişlidir. 21 dərəcədən yüksək hava şəraitində üzmək üçün sizə adi çimərlik paltarı da  uyğun gələr.

Soyuq hava üçün yun astarı olan xüsusi kostyum da mövcuddur. Bu tip kostyum adi hidrokostyuma nisbətən bahadır və çox səliqəli davranış tələb edir. Mütəmadi olaraq soyuq sularda və soyuq hava şəraitində məşq edən idmançılara sukeçirməyən hidrokostyum və əlcək də lazım gələ bilər



Neopren

Hidrokostyumlar xüsusi sintetik kauçukdan – neoprendən hazırlanır. Bu kostyumlarda olan xüsusi hava ciblərinin sayəsində insan bədəninin temperaturu stabil qalır. İzolyasiya xüsusiyətilə bərabər bu elastik kostyumlar ultrabənövşəyi şüaya, günəş istiliyinə, sürtünməyə, yanmaya və digər kimyəvi maddələrə davamlıdırlar.

Neylon qatlı neopren

Bu gün istehsal edilən bütün hidrokostyumlar neylon qatdan ibarətdir. Neylon qat kostyumu rahat geyinib və soyunmağa imkan verir. Bu qat həm də neoprenin tez sıradan çıxmasının qarşısını alır.

Cilalanmış neopren

Cilalanmış neopren hazırda geniş istifadə olunur. Bu material bədən temperaturunu stabil saxlayır, bədəni günəş şüasından,sudan və küləkdən qoruyur. Soyuq hava şəraiti üçün hazırlanmış hidrokostyumlar hamar neopren qatından ibarət olur. Bu qat əsasən kostyumun sinə və bel hissəsində olur. Bu qat bədəni küləkdən və soyuqdan qoruyur. Bu tip materialdan hazırlanmış kostyumun mənfi cəhəti onun çox tez-tez sıradan çıxması və cırılmasıdır.

Havalı neopren

Bu tip kostyumda əlavə parça qatı mövcuddur. Bu qat kostyuma əlavə istilik verir. Buna baxmayaraq parça qatı kostyum qalınlığına təsir etmir.




Hidrokostyumun ölçüsü və əyinə oturuşu

Kostyumun əyinə oturması vacib məqamdır. Əgər kostyum insanın bədən quruluşuna uyğun deyilsə, onunla məşq etmək mümkün olmayacaq.

Kostyum bədən formasına tam oturmasa, onda kostyumla bədən arasına su dola bilər. Həddindən artıq           dar kostyum da əlverişli deyil. Bu halda insan rahat hərəkət edə bilmir və qan dövranında problem yaranır.

Bəzi tip kostyumlar zamanla əyində boşalır. Əgər kostyum sizin əyninizə ilk gündən biraz dardısa, bir müddət keçəndən sonra o sizin əyninizə tam oturacaq.

Kostyumun uzunluğunu da nəzərə almaq lazımdır. Düzgün seçilmiş kostyum düz topuğa qədər olmalıdır.

Kostyum alarkən tələsmək olmaz. Kostyumu geyinəndən sonra onun elastikliyinə fikir vermək, biraz gəzişmək, hərəkətlər etmək və yuxarıda qeyd edilən məqamları nəzərə almaq lazımdır.



Daha bir vacib məqam kostyumun tikişləri və kilidləridir. Üç cür kilid növü var.

1. Overlock

Ən geniş yayılmış kilid növüdür. Bu cür növ kilidlər çox baha olmayan və tez sıradan çıxa bilən kostyumlarda rast gəlinir. Bu tip kilidlər əsasən isti hava şəraiti üçün hesablanmış kostyumlarda olur.





2. Flatlock

Bu tip kilidlər ikiqatlı neopren materialın üzərindən tikilir. Bu kilid də “overlock” kilidi kimi daha çox isti hava üçün nəzərdə tutulmuş hidrokostyumlarda rast gəlinir.

3. Blindstitich

Bu kilid ikiqatlı parçanın üzərinə tikilir.  Tikilməmişdən öncə kilidin kənarları müvafiq yapışqanla parçaya yapışdırılır. Nəticədə kilid elastik, soyuğa və suya davamlı olur



Kostyumun kürək hissəsindəki kilidlər kostyumu geyinib-soyunmaq üçündür. Kürəyin ortasına qədər olan kilidlər az elastik olur və hərəkəti məhdudlaşdırır.  Sinə hissəsində olan kilidlərdə elastiklik yüksək olur və hərəkət etmək rahat olur. Amma bu kostyumu geyinib-soyunmaq biraz çətindir. Kilidsiz kostyumlarda elastiklik çox yüksək olur. Kilidsiz kostyumu geyinib-soyunmaq rahat deyil.

Kostyumun tikişləri onun suya və soyuğa davamlı olması məsələsində çox vacibdir. Tikişlər əsasən müvafiq hermetik saplarla həyata keçirilir.


Hidroskostyumun qayğısına necə qalmalı?

1. Kostyumu hər dəfə istifadədən sonra mütəmadi olaraq yumaq tövsiyə olunur.  Kostyum hər iki tərəfdən – daxildən və xaricdən yuyulmalıdır. Kostyum mütləq soyuq su ilə yuyulmalıdır. İsti su onun keyfiyyətinin aşağı düşməsinə gətrib çıxara bilər. Kostyumu paltaryuyan maşında, o cümlədən, hər hansı kimyəvi maddələrlə yumaq qəti qadağandır. Bu halda neopren materialı üçün təyin edilmiş xüsusi maddələrlə və ya uşaq şampunu istifadə etmək olar.

2. Kostyumu yuduqdan sonra gün işığında qurutmaq olmaz. Kölgədə və ya bağlı məkanda asmağınız məsləhətdir. Əgər kostyumun tez qurumasını istəyirsizsə, onun iç üzünü çevirib asmaq kifayətdir. Kostyumu asarkən yalnız belindən qatlanmış halda asmaq lazımdır. Çiyindən asmaq kostyumun dartılmasına və deformasiyasına səbəb olur.



3. Kostyumu buzlu su ilə dolu vedrədə saxlayın. Bu halda kostyumun üzərindəki mum donacaq və onu əl ilə çıxarmaq rahat olacaq. Kostyumu fırça ilə sürtmək olmaz.

4. Kostyumu müvafiq formada asılqandan asılı vəziyyətdə saxlayın. Qeyd edildiyi kimi, çiyindən yox, bel hissəsindən asmaq lazımdır. Kostyumu qatlamaq və bükmək olmaz. Hidrokostyum üçün nəzərdə tutulmuş xüsusi asılqanlar mövcuddur. Həmin asılqanları idman malları satılan dükanlardan əldə edə bilərsiniz.




Mənbə: itboat.com










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır