Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

Yelkənli qayıqların sinifləri

Yelkənli idman yarışları üçün nəzərdə tutulmuş qayıqlarla qiyabi olaraq çox adam tanışdır. Lakin bu qayıqlar idmançının təcrübəsinə, yaşına və fərdi texniki göstəricilərinə görə bir neçə növə ayrılır.  Bu məqalədə həmin qayıqların əsas aparıcı növləri ilə sizi tanış edəcəyik.

Lazer (Standart/Radial)


“Lazer” tipli yelkənli qayıq 1969-cu ildə kanadalı yelkənçi və qayıq mühəndisi Bryus Kirbi tərəfindən yaradılıb. Onun əsas məqsədi avtomobilin üstündə rahat daşına biləcək yüngül və rahat qayıq yaratmaq idi. Nəticədə yüngül, ucuz və olduqca dinamik qayıq ortaya çıxdı. “Lazer” tipli qayığın dizaynı öz dövrü üçün inqilabi bir ixtira idi.

Bu tip qayığın korpusu olduqca hermetikdi. Çəkisi 60 kiloqramdır. Yarış zamanı suda aşarsa, bu tip qayıqları ilkin vəziyyətə gətirmək olduqca asandır.

Qayıq bir yelkəndən ibarətdir və bir nəfər üçün nəzərdə tutulub. Sadə konstrukiyadan ibarət olduğu üçün qayığı yarışa hazır etməyə bir neçə dəqiqə vaxt lazımdır.

İlk dəfə 1974-cü ildən “Lazer” tipli qayıqlar yarışlarda geniş istifadə edilməyə başladı.

“Lazer” tipli qayıqların uzunluğu 4.23 metr, eni 1.37 metrdir. Daxili dərinlik 0.79 metr, dedveyti 59 kiloqramdır.

2008-ci ildə “Lazer” tipli qayıqların modifikasiyası yenilənir və “Lazer-Radial” tipli qayıqlar meydana gəlir. Yeni qayıqlar standart “Lazer” tipli qayıqlardan yelkənin ölçüsü və daha ağır çəki götürməsi ilə fərqlənir. Bu tip qayıqlar daha təcrübəli yelkənçilər üçün nəzərdə tutulub.

Lazer Piko


Bu tip qayıqlar yelkənçiliklə məşğul olmağa yeni başlayan idmançılar üçün nəzərdə tutulub. “Lazer Pico” qayıqlarından yarışdan savayı suda gəzinti üçün də istifadə edilir. “Lazer Standart” və “Lazer-Radial” qayıqlarının korpusu şüşə tərkibli “GPR” maddəsindən hazırlandığı halda, “Lazer Piko” qayıqları “Tecrothene 109” adlı termoplastik maddədən hazırlanır. Bu maddə yüksək davamlılığı və möhkəmliyi ilə seçilir.

“Lazer Piko” tipli qayıqların uzunluğu 3.50 metr, eni isə 1.43 metrdir. Daxili dərinliyi 0.88 metr, çəkisi 70 kiloqramdır. Bu qayıqda 1 nəfərdən 3 nəfərə qədər adam yerləşə bilir.

Optimist


1950-ci illərin sonunda floridalı Klark Millz adlı yaxta konstruktoru tərəfindən yaradılıb. “Optimist” tipli qayıqlar 1961-ci ildə Danimarkada modrenləşdirilərək mükəmməl səviyyəyə çatdırıldı. Bu qayıq 7-14 arası yaşı olan uşaqlar üçün nəzərdə tutulub.

1970-ci ilədək bu qayıqlar şüşə-plastik tərkibli materialdan hazırlanırdı. Daha sonralar isə “Optimist” qayıqlarının alüminium tərkibli materialdan hazırlanmağına qərar verildi.

“Optimist” qayıqları 1 nəfər üçün nəzərdə tutlub. Bu tip qayıqlar 1972-ci ildə beynəlxalq status alaraq təsdiqlənib.
“Optimist” tipli qayıqların uzunluğu 2.31 metr, eni isə 1.13 metrdir. Daxili dərinliyi 0.84 metr, dedveyti 0.90 santimetrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır