Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-29,
Seanews
Heyder Eliyev

“Maersk Supply Service” şirkəti Buzios yatağına xidmət göstərəcək

“Maersk Supply Service” şirkəti “TechnipFMC” ilə bağladığı müqavilə çərçivəsində  Braziliya şelfində Buzios yatağına yanalma, yedək xidmət  göstərəcək.

“Seanews.az”-ın məlumatına görə, işin həcminə yanalma sisteminin əvvəlcədən quraşdırılması və “P-78” neft hasilatı, saxlama və boşaltma gəmisinin (FPSO) qoşulması daxildir. “P-78” gəmisi Santos dənizindəki Buzios yatağında yeddinci üzən sistem olacaq.

Layihənin icra müddəti iki il nəzərdə tutulub. Şirkət artıq quruda bəzi işlərə başlayıb (o cümlədən mühəndislik, satınalma və layihənin idarə edilməsi). Dənizdə həyata keçirilən layihədə ən müasir “Maersk Supply Service” avadanlığından istifadə olunacaq.

“Petrobras” dünyanın ən böyük karbon tutma, istifadə və saxlama (CCUS) proqramını həyata keçirir. “P-78”, “P-80” və “P-83” FPSO-larına karbonun tutulması və karbonun saxlandığı anbara yenidən vurulması kimi ekoloji cəhətdən təmiz əməliyyatlar daxildir. Üzən sistemlər karbonun təkrar vurulmasını maksimum dərəcədə artırmaq və qazın yandırılması ehtiyacını minimuma endirmək üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır